суббота, 16 декабря 2017 г.

Məktəbimizdə "anım günü" nə həsr olunmuş tədbir keçirildi

   




         12 dekabr – Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. Çünki bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyevin əməlləri ilə bəzənib. «Gərək nəbzin vətənin nəbzi ilə vursun» -deyirdi ümumilli lider. Heydər Əliyev xalqın min illər boyu arzuladığını reallığa çevirərək özünə qayıdışına mühüm stimul oldu. 
        Tədbir  müəllim və şagirdlərin çıxışları ilə davam etdi. Yekunda şagirdlərimiz və müəllimlərimiz  tərəfindən hazırlanmış,  ulu öndərin xatirəsinə  həsr olunmuş  video rolik nümayiş edildi.
                       
                                        

                  Video rolik- Heydər Əliyev qeyri-rəsmi    

                           
                             Tədbirdən foto görüntülər










XVII Həftə 11 dekabr-17 dekabr 2017 ci il


Sinif saatı-anım günü

Sinif saatı -parlamentin yaradılması


XVI Həftə - 04 dekabr-10 dekabr 2017 ci il

среда, 6 декабря 2017 г.

VI sinifdə tədrisdə keyfiyyət ili çərçivəsində İKT dən istifadə etməklə keyfiyyətin artırılması mövzusunda sinif saatı keçirildi.

       Sinif saatında əvvəlcə sinif rəhbəri  məruzə etdi. Daha sonra İKT dən istifadə etməklə tədris keyfiyyətinin yüksəldilməsi mövzusunda dəyirmi masa təşkil olundu. ETT nin inkişaf etdiyi müasir dünyamızda İKT nin bütün sahələrə nüfuz etdiyi, onun təhsildə yaratdıgı geniş imkanlar müzakirə olundu.  Sinif rəhbəri VI sinifdə tətbiq olunan yeniliklərdən danışaraq bu sahədə olan bəzi çətinliklərdən danışdı.. Sinifdə olan 3 nəfər şagirdin onlayn tədris bölməsində işləyə bilmədiklərini, bloqdan istifadə işlərində bacarıqların olmadıgını vurguladı.  Sinif nümayəndəsi 3 nəfər şagirdin evində kompüterin və internetə çıxışın olmadıgını bildirdi.  Yekun olaraq bu mvsələnin SVK nin növbəti yıgıncaqlarında valideynlərlə bir daha müzakirə olunacagı bildirildi..
     Daha sonra sinif saatı informatika kabinetində məşgələ formasında davam etdirildi..Burada əsasən İKT dən istifadədə şagirdlərə yeni informasiyaların və bacarıqların verilməsi müzakirə obyekti oldu.  Aşagıdakı məsələlər ətrafında nəzəri  və təcrübi biliklər verildi. Bacarıqlar yoxlanıldı:

-Google docs sənədləri üzərində yeni əməliyyatlar;
-Sənədə linklərin yerləşdirilməsinin müxtəlif yolları;
-Sənədə başqa sənədin daxil edilməsi;
-Eyni bir sənədin üzvrində kollektiv iş.





Sinif saatı: tədrisdə keyfiyyət ili çərçivəsində İKT nin tədrisdə tətbiqi ilə keyfiyyətin artırılması yolları