среда, 6 декабря 2017 г.

VI sinifdə tədrisdə keyfiyyət ili çərçivəsində İKT dən istifadə etməklə keyfiyyətin artırılması mövzusunda sinif saatı keçirildi.

       Sinif saatında əvvəlcə sinif rəhbəri  məruzə etdi. Daha sonra İKT dən istifadə etməklə tədris keyfiyyətinin yüksəldilməsi mövzusunda dəyirmi masa təşkil olundu. ETT nin inkişaf etdiyi müasir dünyamızda İKT nin bütün sahələrə nüfuz etdiyi, onun təhsildə yaratdıgı geniş imkanlar müzakirə olundu.  Sinif rəhbəri VI sinifdə tətbiq olunan yeniliklərdən danışaraq bu sahədə olan bəzi çətinliklərdən danışdı.. Sinifdə olan 3 nəfər şagirdin onlayn tədris bölməsində işləyə bilmədiklərini, bloqdan istifadə işlərində bacarıqların olmadıgını vurguladı.  Sinif nümayəndəsi 3 nəfər şagirdin evində kompüterin və internetə çıxışın olmadıgını bildirdi.  Yekun olaraq bu mvsələnin SVK nin növbəti yıgıncaqlarında valideynlərlə bir daha müzakirə olunacagı bildirildi..
     Daha sonra sinif saatı informatika kabinetində məşgələ formasında davam etdirildi..Burada əsasən İKT dən istifadədə şagirdlərə yeni informasiyaların və bacarıqların verilməsi müzakirə obyekti oldu.  Aşagıdakı məsələlər ətrafında nəzəri  və təcrübi biliklər verildi. Bacarıqlar yoxlanıldı:

-Google docs sənədləri üzərində yeni əməliyyatlar;
-Sənədə linklərin yerləşdirilməsinin müxtəlif yolları;
-Sənədə başqa sənədin daxil edilməsi;
-Eyni bir sənədin üzvrində kollektiv iş.





Комментариев нет: