понедельник, 27 ноября 2017 г.

VI sinfdə valideyn iclası və valideyn komitəsinin yıgıncagı keçirildi

   


      Zaqatala rayon Mamrux kənd tam orta məktəbinin VI sinfində 24 noyabr  2017- ci il tarixində sinif  valideyn komitəsinin yıgıncagı və sinif iclası keçirildi. Yıgıncaq və iclasda valideynlər-11 nəfər, müəllimlər-  5 nəfər iştirak etmişlər. İlk olaraq iclas keçirildi. İclasda I rübün yekunları II rübdə qarşıda duran vəzifələr müzakirə olundu. İclasdan dərhal sonra sinif valideyn komitəsinin yıgıncagı başladı. Yıgıncaqda əvvəlcə gündəlikdə duran məsələlər elan edildi. 
1. Sinif Valideyn Komitəsinin (SVK)  I rüb ərzində görülmüş işlərin hesabatı (SVK sədri Ramazanov Elçinin çıxışı)
2.Valideyn məktəb əlaqələrinin səmərəli qurulmasında  İKT –nin rolu (sinif rəhbəri Sakit Həsənovun çıxışı)
3. VI sinifdə valideyn məkəb əlaqələrinin İKT dən istifadə etməklə qurulmasında mövcud olan problemlər (SVK nin sədr müavini Sulxayeva Pirdasın çıxışı çıxışı)
4. Digər çıxışlar
1ci məsələ haqqında SVK nin sədri Ramazanov Elçin danışdı. O  SVK-nin I rüb ərzində gördüyü işlərin geniş hesabatını verdi. SVK nin təlimə nəzarət, saglamlıq, əmək və təşkilati məsələlər üzrə nümayəndələrin məqsədyönlü fəaliyyət göstərdiyini bildirdi. SVK nin üzərinə  düşən vəzifələri layiqincə həyata keçirməyə çalışdıgını və bu işdə böyük zəhməti olan SVK nin  digər nümayəndələrinə təşəkkür etdi.
2 ci məsələ ilə baglı sinif rəhbəri Sakit Həsənov çıxış etdi. O valideyn məktəb əlaqələrinin vacibliyini və onların səmərəli qurulması yollarını geniş şəkildə şərh etdi. İKT nin cəmiyyətin bütün sahələrinə nüfuz etdiyi müasir dövrdə onun təhsilə verə biləcəyi böyük imkanlardan bəhs etdi. O VI sinifdə son vaxtlar tətbiq edilən yeniliyi xatırlatdı. Onlayn müşahidə gündəliklərindən, onlayn dəftərlərdən istifadənin müsbət cəhətlərini qeyd etdi..O kompüter ve proyektordan istifadə edərək təkrar olaraq bloqa daxil olmaq və onlayn gündəliklərdən istifadə yollarını izah etdi. Aşagıdakı linkləri proyektor vasitəsilə bir daha valideynlərə nümayiş etdirdi.  



 O müşahidə gündəliklərindən istifadə olunmasında mövcud problemlərə toxundu.. Valideynlərdən çətinlik çəkdiyi məqamları soruşaraq geniş vaxt ayıraraq monitorda yenidən izahat verdi.  Sinif rəhbəri VI sinif üçün hazırladıgı blogda onlayn müşahidə gündəliklərinə daxil olmaq və lazım olan qeydlərin aparılması haqqında məlumatı bir daha valideynlərə xatırlatdı..
3-cü məsələ barədə SVK-nin sədr müavini Sulxayeva Pirdas çıxış etdi. O  valideyn məktəb əlaqələrinin səmərəli qurulmasında İnformasiya texnologiyalarının  böyük rolu oldugunu qeyd etdi. VI sinifdə bu ənənənin tətbiq edildiyini bildirərək artıq şagirdlərin gündəlik təlim və davranış fəaliyyəti barədə valideynlər tərəfindən internet vasitəsilə informasiya aldıqlarını dedi. Komitə sədri həmçinin bu sahədə problemlərin mövcud oldugunu qeyd etdi. 3 nəfər valideynə  İKT ilə baglı biliklərin verilməsinə ehtiyacı oldugunu söylədi.
Təşkilatçı Təranə Mahmudova öz çıxışında İKT ilə baglı problemi olan valideynlərin məktəbdə məşgələlərə cəlb edilməsi, bunun üçün məktəbdə hər bir şəraitin oldugunu, SVK nin İKT üzrə yeni sektorunun yaradılması, valideynlərdən birinin bu sektor üzrə nümayəndə təyin edilməsini  təklif etdi.
Valideyn Davudov Cavid təşkilatçının fikrini dogru addım olaraq dəyərləndirdi. Yeni yaradılmış sektora SVK nin sədrinin özünün rəhbərlik etməsini təklif etdi. Valideynlər arasında İKT sahəsində ən yaxşı təcrübəsi olan şəxsin Ramazanov Elçin oldugunu bildirdi.
Valideyn Sulxayeva Pirdas həftənin müəyyən günlərində məşgələ vaxtlarının müəyyən olunması və ehtiyacı olan valideynlərin məşgələlərə cəlb edilməsinin vacib oldugunu qeyd etdi.
 Yekunda: 
1.     SVK nin İKT sektoru yaradılsın və onun nümayəndəsi Ramazanov Elçin təyin olunması;

2.     İKT sahəsində bacarıqları olmayan valideynlər üçün qrafikə uygun  məşgələ saatları təşkil edilməsi qərara alındı.
                SVK nin sədri I  rüb ərzində görülən işlərin hesabatını verir  
        







Sinif saatı Qarakənd faciəsi