суббота, 19 августа 2017 г.

Sinfin qısa xasiyyətnaməsi

             
     Sinifdə 11 nəfər təhsil alır. Şagird özünüidarə orqanının üzvləri səsvermə yolu ilə seçilmişlər. Dərs ilində həftədə 2 dəfə sinif saatı keçirilir. Sinifdə risq ehtiyacı olan , nizam intizama tabe olmayan şagird yoxdur. Sinifdə 2 əlaçı 5 nəfər 4 və 5 qiymət alanlar vardır. Ayrı – ayrı fənlərdən 3 nəfər zəif oxuyanlar var.Fərdi tapşırıqlara məsuliyyətsiz olan 3 nəfərdir. Şagirdlərdə istedad və qabiliyyətlərin müəyyənləşdirilməsi nəticəsində vəziyyət aşağıdakı kimidir: 2   nəfər bütün  fənlər üzrə, 2nəfər humanitar elmlər, 2 nəfər bədii tikmə, 2 nəfərin rəsm qabiliyyəti , 5 nəfərin idmana marağı vardır. Qeyd olunan qabiliyyətlərinə görə hər bir uşağın inkişaf etməsinə çalışıram. Hər birinə fərdi tapşırıqlar verib qabiliyyətlərin inkişaf etməsinə səy göstərirəm. Şagirdlərin məktəb tədbirlərində fəal iştirak etməsinə, onların əl işləri rayon və məktəb tədbirlərində nümayiş etdirilməsinə çalışıram. Eyni zamanda sinif şagirdlərinin rayon səviyyəli müxtəlif müsabiqə  və yarışlarda iştirakını planlaşdırmışıq. Ümumən  sinif rəhbəri olaraq üzərimə düşən vəzifələri bacardığım qədər həyata keçirməyə çalışıram.

                    Yeni dərs ilində qarşıda duran vəzifələr.
1.     Vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edə biləcək , milli və
      ümümbəşəri dəyərlərə sadiq vətəndaşlar yetişdirmək.
2.     Valideyn və fənn müəllimləri ilə daha sıx və möhkəm əlaqə quraraq
təlimin keyfiyyətini artırmaq.                                                                                                                                                                                                  
3.     Təhsil islahatının tələblərinə uyğun olaraq öyrənməyi öyrətmək texnologiyas
ilə işləmək.
4.     Şagirdlərdə məsuliyyət , fəallıq , özünütərbiyə , özünütəhsil , ana dilinə
sevgi , böyüyə hörmət tərbiyə etmək.
5.     Şagirdlərdə bir məsələyə bir neçə prizmadan yanaşmaq , başqalarının fikrinə
hörmətlə yanaşmaq , tolerantlıq tərbiyə etmək. 

Комментариев нет: