Azərbaycan
Respublikası Təhsil nazirinin
05 mart
2009-ci il tarixli,
270 №-li
əmri ilə təsdiq edilmişdir
Ümumi müddəalar
Sinif
rəhbərinin əsas işi təhsil alanları şəxsiyyət kimi formalaşdırmaq, onlarda
vətəndaşlığı, mənəviyyatı, təşəbbüskarlığı və müstəqil tənqidi təfəkkürə malik
olmağı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə
sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq, sağlam həyat tərzinə alışdırmaq,
yaradıcı şəxsiyyət və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşdırmaqdır.Sinif
rəhbəri fəaliyyətində Azərbaycan RespublikasınınTəhsil Qanunu, Uşaq hüquqları
haqqında Azərbaycan Respublikasının Qanunu, BMT-nin Uşaq Hüquqları
Konvensiyasını, məktəbin nümunəvi Əsasnaməsini rəhbər tutur.Sinif rəhbəri
məktəb direktoru tərəfindən təyin edilir və vəzifədən azad edilir. Sinif
rəhbərlərinin fəaliyyətinə rəhbərlik tərbiyə işləri üzrə direktor müavini
tərəfindən həyata keçirilir.Müəyyən səbəb üzündən məktəbdən ayrı düşdükdə, əmək
qabiliyyətini müvəqqəti itirdikdə sinif rəhbərinin vəzifələrinin icrası digər
sinif rəhbər və müəllimə həvalə edilə bilər.Sinif rəhbərinin fəaliyyəti
məqsədyönlü, sistemli, planlaşdırılan prosesdir. O, məktəb nizamnaməsi, tərbiyə
işinin planlaşdırılması, əvvəlki fəaliyyətin, ictimai həyatın müsbət və mənfi
tendensiyalarının təhlili əsasında, pedaqoji kollektiv qarşısında duran aktual
vəzifələr nəzərə alınmaqla şəxsiyyətə yönəldilmiş yanaşma, sinif kollektivində
vəziyyət, müxtəlif illətlərin nümayəndələri arasında etnik və dini
münasibətləri tənzimləməklə şagirdlərin tərbiyəlilik səviyyəsi, onların sosial
vəziyyəti, ailə şəraitlərinin özünəməxsusluğu əsasında qurulur.
Sinif rəhbərinin fəaliyyət istiqamətləri
Sinif rəhbəri öz fəaliyyətini aşağıdakı
istiqamətlərdə qurur:
- sinif kollektivini formalaşdırmaq və inkişaf
etdirmək;
- müdafiə
olunma situasiyası, emosional rahatlıq, şəxsiyyətin inkişafı üçün əlverişli
psixoloji-pedaqoji şəraiti yaratmaq;
- hər bir
uşağın fərdi özünüifadəsi üçün lazımi şərait yaratmaq, şəxsiyyət kimi inkişaf
etdirmək, təkrarolunmazlığını qoruyub saxlamaq və onun potensial u1075
qabiliyyətini aşkarlamaq;
-
məktəblinin hüquq və maraqlarını müdafiə etmək;
- sinif
kollektivi ilə sistemli iş təşkil etmək;
-
şagirdlərlə şagirdlər, şagirdlərlə müəllimlər arasında münasibətləri
humanistləşdirmək;
-
şagirdlərdə əxlaqi və mənəvi dəyərləri formalaşdırmaq;
- şagird
özünüidarə inkişafı vasitəsilə şagirdlərin sosial əhəmiyyətli, yaradıcı
fəaliyyətlərini təşkil etmək.
Sinif rəhbərinin hüquqları
- uşaqların fiziki və psixoloji sağlamlığı
barədə müntəzəm olaraq məlumat əldə etmək;
- sinifdə
dərs deyən fənn müəllimlərinin (həmçinin, məktəb psixoloqu və digər
müəllimlərin) işini əlaqələndirmək;
-
məktəbin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış etmək,
təkliflər irəli sürmək, işgüzar, yaradıcı, tənqidi fikir söyləmək, sinif
kollektivi ilə razılaşdırılmış fikir və mülahizələri pedaqoji şurada baxılmaq
üçün təqdim etmək;
- mövcud
vəziyyəti nəzərə almaqla, uşaqlarla fərdi iş rejimi müəyyənləşdirmək;
- tərbiyə
problemləri üzrə təcrübi-eksperimental iş aparmaq;
-
valideynləri(onlar əvəz edən şəxsləri) təhsil müəssisəsinə dəvət etmək, onlarla
işgüzar əlaqə yaratmaq;
-
pedaqoji kadrların yenidən hazırlanması sistemi vasitəsilə pedaqoji ustalığın
yüksəldilməsi formalarını seçmək, treninqlər vasitəsilə pedaqoji işin müxtəlif
qrup və kollektiv formalarında iştirak etmək;
- məktəb
özünüidarəetmə orqanlarında şəxsi şərəf və ləyaqətini qorumaq və sinif
kollektivində sinifdənxaric işin vəziyyətinin qiymətləndirilməsində mövqeyini
müdafiə etmək;
-
ümumtəhsil müəssisəsinin rəhbərliyi ilə razılaşma əsasında yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya
(mütəxəssislərə) müraciət etmək.
Sinif
rəhbərinin fəaliyyətində aşağıdakılar yolverilməzdir:
- uşaqların şəxsiyyətini, ləyaqətini
alçaltmaq, onu sözlə və ya hərəkətləri ilə təhqir etmək;
- şagirdi
cəzalandırmaq məqsədilə dərs zamanı əsassız olaraq təlim müvəffəqiyyətini əks
etdirən qiymətini aşağı salmaq;
- uşağın
etimadından süni istifadə etmək, ona verdiyi vədə əməl etməmək, onu düşünülmüş
şəkildə aldatmaq;
-
şagirdin özü iştirak etmədiyi şəraitdə onun hərəkətlərini müzakirə etmək, onu
pisləmək, nüfuzunu aşağı salmaq.
-
şagirdlər qarşısında öz həmkarlarını u1086 onların iştirakı olmadan müzakirə
etmək, onları pisləmək, müəllimin və bütün pedaqoji kollektivin nüfuzuna xələl
gətirmək.
Sinif
rəhbərinin vəzifələri
Sinif rəhbərinin vəzifələrinə aşağıdakılar
aiddir:
Təlim prosesinin təşkili:
- sinifdə
ümumməktəb kollektivinin fəaliyyəti çərçivəsində şagird şəxsiyyətinin müsbət
potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaq;
-
şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət etmək;
-
şagirdlərin dərsə davamiyyətinə nəzarət etmək;
- hər bir
şagirdin tədris nailiyyətlərinə nəzarət etmək məqsədilə onların uğur və
səhvlərini qeydə almaq və vaxtında kömək göstərmək;
-
valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək
göstərmək (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə);
- eyni
yaşda olan uşaqlarla işin psixoloji və pedaqoji əsaslarını, ən yeni
texnologiyaları, tərbiyə işinin üsul və formalarını bilmək;
-
Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər
təşkil etmək, mərasimləri qeyd etmək.
Təşkilati-koordinasiya
işi:
-
ümumtəhsil müəssisəsi ilə ailələr arasında əlaqənin yaradılması, valideynlərin
maarifləndirilməsi işinin təşkili;
-
uşaqların tərbiyə edilməsində çətinliklə üzləşən valideynlərlə psixoloji və
pedaqoji məsləhətlərin təşkili;
- fənn
müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri,
psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma
ehtiyacı olan uşaqlara köməyinin təşkili;
-
şagirdlərin təhsil fəaliyyətlərinin məktəbdənkənar təhsil sistemi də daxil
olmaqla nəzərə alınması və stimullaşdırılması;
- təhsil
fəaliyyətinin subyektləri qismində hər bir şagirdlə və bütövlükdə sinif
kollektivi ilə fərdi və qarşılıqlı fəaliyyətin təşkili;
-
sənədləşmənin aparılması (sinif jurnalları, gündəliklər, şagirdlərin şəxsi
işləri, sinif rəhbərinin iş planı, sinfin sosial pasportu, istedadlı uşaqlarla,
risk qrupu şagirdlərilə, yetkinlik
yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda qeydiyyatda
olan şagirdlərlə iş planları);
-
şagirdlərin fiziki və psixoloji sağlamlıqlarının müdafiəsi, qorunması və
möhkəmləndirilməsi;
-
məktəbin tibb işçisi u1080 ilə əməkdaşlıq;
- fiziki
tərbiyə dərslərinə və məşğələlərinə müsbət münasibətin aşılanması;
- əməyin
mühafizəsi qaydalarının, yol hərəkəti qaydalarının, şəhərdə, məişətdə
təhlükəsiz davranış qaydalarının şagirdlər tərəfindən öyrənilməsinin təşkili;
-
məzunların peşə seçmələrinə köməklik göstərilməsi;
-
həftəlik sinif saatları keçirmək;
- hər
tətildən sonra bir dəfə valideyn iclası keçirmək;
- sinif,
məktəb, yeməkxana üzrə növbətçiliyin təşkili;
- təhkim
olunmuş kabinetdə sanitar-gigiyenik vəziyyətin gözlənilməsi;
- hər bir
hadisə barədə məktəb rəhbərliyinin operativ şəkildə məlumatlandırılması, ilkin
tibbi yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi.
Kommunikativ
iş:
-
şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi;
- müəllim
və şagirdlər arasında subyektlərarası (subyekt-subyekt) münasibətlərin
yaradılması.
- müəllim
və valideynlər arasında kommunikativ münasibətlərin tənzimlənməsi;
- sinifdə
dərs deyən müəllimlər və məktəbin rəhbərliyi ilə kommunikativ münasibətlərin
tənzimlənməsi;
Təhlil-proqnozlaşdırma
işi:
-
uşaqların ailədə tərbiyə olunma şəraitinin öyrənilməsi, sinfin sosial pasportunun
tərtib edilməsi;
-
şagirdlərin fərdi qabiliyyətlərinin və onların inkişaf dinamikasının
öyrənilməsi, xüsusi diqqət kəsb edən uşaqlarla iş;
- sinif
kollektivinin vəziyyətinin və inkişaf perspektivlərinin müəyyən edilməsi.
Sinif
rəhbərinin iş formaları
Sinif
rəhbərinin iş formaları yaranmış pedaqoji vəziyyətdən asılı olaraq
müəyyənləşdirilir.
- sinif
kollektivinin dərsdənkənar, məktəbdənkənar işinin, asudə və tətil vaxtı
tədbirlərin (kollektiv yaradıcılıq işləri, söhbətlər, debatlar, müşavirələr,
tamaşalar, konsertlər, treninqlər, yarışlar, yürüşlər və ekskursiyalar,
müsabiqələr, ictimai-faydalı və yaradıcı əmək) təşkili;
- fərdi
iş (söhbətlər, məsləhətlər, fərdi köməyin göstərilməsi, problemlərin həllinin
birgə axtarışı);
-
qruplarla (yaradıcı qruplar, uşaq parlamentləri, özünüidarəetmə orqanları,
şuralar) iş. Dərs saatı müəllim və şagirdlərin ünsiyyətinin təşkili formasıdır
və onun gedişində mühüm əxlaqi, mənəvi və etik problemlər qaldırıla və həll
edilə bilər. Şagirdlərlə iş formalarının
seçimində
aşağıdakıları rəhbər tutmaq məqsədəuyğundur:
- işin
mövcud dövrü üçün müəyyənləşdirilmiş tərbiyə məsələlərinin nəzərə alınması;
- tərbiyə
prosesinin təşkili prinsiplərinin, uşaqların imkan, maraq və tələblərinin,
xarici şəraitin, müəllim və valideynlərin imkanlarının nəzərə alınması;
- tərbiyə
işinin metod və formalarının məzmun bütövlüyünün təmin edilməsi.
Sinif
rəhbərinin iş rejimi
Sinif
rəhbərinin iş rejimi ümumtəhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir və
müəssisənin əsasnaməsində, daxili əmək intizamı qaydalarında, cədvəldə,
tədbirlər planında və digər rəsmi sənədlərdə – protokollarda əks olunur.
Sinif
rəhbərinin işinin dəyərləndirilməsi meyarları
Sinif
rəhbərinin işi səmərəliliyinə görə: məhsuldarlıq və fəaliyyət meyarları
əsasında qiymətləndirilir.
Məhsuldarlıq
meyarı şagirdlərin sosial inkişafının səviyyəsini əks etdirir:
-
şagirdlərin ümumi mədəniyyətinin, nizam-intizamının, vətəndaş yetkinliyinin,
əxlaqının, tərbiyəsinin səviyyəsi;
- sinif
şagirdlərinin davamiyyəti (aşağı, orta, yüksək), ona nəzarət və onun artım
formaları;
- rahat
psixoloji iqlim.
Fəaliyyət
meyarı sinif rəhbəri üçün müəyyənləşdirilmiş sənədlərin mövcudluğu,
sənədləşdirmənin tələblərə müvafiq şəkildə aparılması sinif rəhbərinin
idarəetmə qərarlarının icrasını qiymətləndirmək imkanı verir:
- tərbiyə
işinin planı, tərbiyələndirmədə konkret vəzifələrin qoyuluşu və onların
icrasını;
-
tapşırıqları, dərnəklərdə, bölmələrdə məşğulluğu qeydə alan sinif jurnalını;
- sinifdə
dərslərə davamiyyətin jurnalda müntəzəm qeydə alınmasına, dərslərin
buraxılmasına nəzarət;
-
şəxsiyyətin öyrənilməsinin psixoloji və pedaqoji xəritəsi.
Şagirdlərlə
tərbiyə işinin təşkili
- kütləvi tərbiyə işləri;
- sinif
kollektivinin məktəbin ümumi işlərində iştirakı;
- sinfin
məktəbdənkənar tədbirlərdə (rayon, şəhər tədbirləri, müsabiqələr, ekskursiyalar
və s.) iştirakının təşkili;
- şagird
özünüidarəetmənin inkişafı;
-
şagirdlərin sosial müdafiəsi;
-
münaqişələri (şagird-şagird, şagird-müəllim) həll etmək bacarığı;
- hər bir
şagirdin (özü və ətrafdakılar üçün) əhəmiyyətli fəaliyyətə cəlb olunması.
Valideynlərlə
iş
-
valideynlərlə birgə tədbirlər təşkil etmək;
-
şagirdlərin ailələri ilə tanışlıq və ailələrlə fərdi işin təşkili.
Sinif
rəhbərinin fəaliyyət sahələri
- tərbiyə
işi, təhsil müəssisəsində, eləcə də şəhər, rayon çərçivəsində təcrübə
mübadiləsi üzrə tədbirlərdə iştirak etmək;
- sinifdə
şagirdlərlə, tədris prosesinin digər iştirakçıları ilə qarşılıqlı fəaliyyətdə
olan pedaqoji işçilərlə birgə fəaliyyət göstərmək.
Комментариев нет:
Отправить комментарий