четверг, 2 ноября 2017 г.

XI Həftə (30 oktyabr- 05 noyabr)



                                                 XI Həftə (30 oktyabr- 05 noyabr)

30 oktyabr 2017 ci il
Sinif fəallarına təhkim olunmuş şagirlərlə işin vəziyyəti ilə tanış oldum.
 Qarabağ məsələsinin həllində müasir vəziyyət mövzusunda sinif saatı keçirdim. Qan yaddaşımız: 30 oktyabr Zəngilanın işğalı günüdür mövzusunda məlumat verdim.
Dərsdən sonra bir neçə şagirdin evlərinə baş çəkdim.
31 oktyabr 2017 cı il
Bir neçə fənn müəlliminin dərsində iştirak etdim. 24 oktyabr  BMT günü münasibətilə dəyirmi masa təşkil edildi.
01 noyabr 2017 cı il
müxtəlif siniflərdə oxuyan şagirdlərdən ibarət komandalar üzrə bilik yarışını təşkil etdik. Birinci yerə çıxmış komanda üzvləri rəgbətləndirildi.
02 noyabr 2017 cı il
   İstedadlı şagirdlərin qabilliyyətlərinin inkişaf etdirilməsi sahəsində aparılan işləri nəzərdən keçirdim. Rayon inşa və rəsm müsabiqəsində iştirak edəcək sinif şagirdlərinə tövsiyyələrimi verdim.


03 oktyabr 2017 ci il

                                                 30/10/2017
       Şagirdlərin evlərinə baxış məqsədilə sinif rəhbəri tərəfindən reydlərin keçirilməsi davam etdirilir. 
    Evlərə baş çəkmək məqsədilə reydlərin keçirilməsində məqsəd şagirdlərin evdə mövcud təlim şəraitini yerində öyrənmək, valideynlərin övladı üzərindəki nəzarəti daha dəqiq şəkildə müəyyən etmək, ailədə valideyn-övlad münasibətlərində uşaq hüquqlarını pozan məqamların olub-olmadıgını dəqiqləşdirməkdir. Valideynlərlə yuxarıda qeyd olunmuş vacib məsələlər ətrafında maarifləndirmək işinin həyata keçirilməsi başlıca amil olaraq diqqət mərkəzində saxlanılmışdır. 
























                                                   
                                                       01/11/2017
                                           Bilik yarışması

01 oktyabr 2017 ci ildə Mamrux kənd tam orta məktəbində şagirdlərdən ibarət komandalararası bilik yarışması keçirildi. Şagirdlərə müxtəlif fənlərdən ibarət suallar verildi. Sonda daha çox xal toplamış komanda qalib elan olundu.








Комментариев нет: