вторник, 7 ноября 2017 г.

Onlayn müşahidə gündəliyi


                                   Gündəlik müşahidə

       Hörmətli valideynlər. Müşahidə səhifəsi valideyn məktəb əməkdaşlığının səmərəli qurulması məqsədilə yaradılmışdır.. Sizdən hər gün bu səhifəyə daxil olaraq buradakı qeydlərlə tanış olmagınızı, övladınızın məktəbdə gündəlik davranışını, təlim fəaliyyətini izləmənizi xahiş edirəm. Qeyd qrafasına öz irad, təklif və qeydlərinizi yazmağınızı tövsiyyə edirəm. Hər valideyn aşagıda öz uşagının adı üzərinə klikləyərək gündəliyə daxil ola bilər.


ətraflı məlumat
Şagird gündəliklərindən fərqli olaraq onlayn gündəlikdə övladlarınızın məktəbdəki təlim fəaliyyəti ilə yanaşı, davranış və digər fəaliyyətləri barədə geniş şəkildə gündəlik məlumatları əldə edə biləcəksiniz. Şagir öz gündəliyini məktəbə gətirmədikdə, qiymət yazmaq üçün müəllimə təqdim etmədikdə onlayn gündəlik vasitəsilə siz şagirdinizin gündəlik təlim nəticələri ilə tanış olacaqsınız
      Bloqa daxil olduqdan sonra onlayn müşahidə səhifəsində öz övladınızın adı üzərinə klikləyərək  gündəliyə keçid edin. Övladınızın adı bu səhifədə yuxarıdakı siyahıda verilmişdir. Keçid etdikdən sonra hər valideyn öz övladının gmail  ünvanındakı linkdən istifadə etməklə və ya  google akkauntunu aktiv edərək qeyd qrafasında öz qeydinizi yazın. 

Hörmətlə sinif rəhbəri Sakit Həsənov. 
                
         Müşahidə gündəliyində nəzərdə tutulan məsələlərin həyata keçirilməsi üçün məsul şəxslər:
-sinif rəhbəri,  -təşkilatçı, -fənn müəllimləri, -sinif nümayəndəsi, -valideynlər

Gündəlik müşahidə cədvəli sinif rəhbəri tərəfindən dərslərdə iştirak edərək etdiyi müşahidələr, dərslərdə iştirak edə bilmədiyi hallarda fənn müəllimlərinin müşahidələri, sinif nümayəndəsinin etdiyi qeydləəsasında aldıgı informasiya sayəsində doldurulur

Комментариев нет: