воскресенье, 12 ноября 2017 г.

XII Həftə (06 noyabr- 12 noyabr) -XIII Həftə (13 noyabr-19 noyabr)


                                             XII Həftə (06 noyabr- 12 noyabr)

06 noyabr 2017 ci il

Sinif divar qəzetinin III nömrəsini hazırladıq. Bir neçə fənn müəllimin dərsində iştirak edərək qeydlər götürdüm

07 noyabr 2017 ci il
Vergiləri ödəmək ölkəmizin güclü olması deməkdir-mövzusunda sinif saatı keçirildi. Vergi dostları tədbirində sinif şagirdlərin iştirakını təmin etdim. Dərsdən sonra bir neçə  şagirdin evinə baş çəkərək valideynlərlə söhbət apardım.
08 noyabr 2017 ci il
Məktəb psixoloqu ilə söhbət apardım. Şagirdlərin psixoloji xəritəsi ilə baglı müzakirələr apardıq.  Sinif saatında dövlət bayragı günü mövzusunda məruzə etdim. Dərsdən sonra dövlət bayragı günü məktəb tədbirində şagirdlərlə birlikdv iştirak edərək sinifimizin çıxışlarını və səhnəcikləri nümayiş etdik.
10 noyabr 2017 ci il
Məktəbli kitabçasını yoxladım, təklif və iradlarımı bildirdim. Onlayn müşahidə gündəliklərinin təqdimatına həsr olunmuş tədbir keçirildi.  

  07.11.2017.

 “Vergiləri  ödəmək  ölkəmizə sədaqət deməkdir” mövzusunda tədbir 

    Zaqatala rayon Mamrux kənd tam orta məktəbində 07 noyabr 2017 ci il tarixdə vergiləri ödəmək ölkəmizə sədaqətli olmaq deməkdir mövzusunda tədbir keçirildi. VI sinif şagirdləri tədbirdə fəal iştirak etdilər

 

08.11.2017.
 Bayraq günü tədbiri
08 noyabr 2017 ci ildə məktəbimizdə dövlət bayragı günü tədbiri keçirildi. Tədbirdə VI sinif şagirdləri fəal iştirak etdilər. Onların şeir, mahnı və rəqs səhnələri nümayiş olundu.

10.11.2017.
  VI sinifdə onlayn gündəliklər istifadəyə verildi


                                           XIII Həftə 13 noyabr-19 noyabr 2017 ci il

13 noyabr 2017 cı il

Müharibələr insanlara fəlakət gətirir mövzusunda sinif saatı keçirdim
14 noyabr 2017 cı il
Zəif oxuyan və istedadlı şagirdlərə yeni tapşırıqlar verildi
15 noyabr 2017 cı il
12 noyabr konstitusiya günü və 17 noyabr dirçəliş günü münasibətilə məktəbdə təşkil edilmiş tədbirdə sinif şagirdlərinin tədbirdə iştirakını və çıxışlarının icra olunmasını təmin etdik. Tədbirin sonunda sinif komandaları arasındakı növbəti bilik yarışmasını keçirdim və bu yarışmada VI sinif şagirdlərinin iştirakını təmin etdim.

Payız tətili günləri üçün  fəaliyyət planını  tərtib edərək şagirdləri planla tanış etdim
161516,17,18, 19,20 noyabr 2017 ci il
Payız tətili günlərində valideyn və şagirdlərlə mütəmadi görüşlər keçirərək asudə vaxtdan necə istifadə olundugunu müəyyən etdim. Lazım olan yardım və göstərişlərimi bildirdim.
18 noyabr tarixində Zaqatala şəhərində keçirilmiş fındıq festivalında sinif şagirdlərimin əl işlərinin nümayişini həyata keçirdik.




15.11.2017
  12 noyabr konstitusiya günü və 17 noyabr dirçəliş günü münasibətilə məktəbdə təşkil edilmiş tədbirin sonunda sinif komandaları arasındakı növbəti bilik yarışması keçirildi. Qalib komandaya tərifnamə verildi.






18.11.2017
        Sinif şagirdlərimizlə Zaqatala fındıq festivalında iştirak etdik
Azərbaycanda findıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür. Fındıqçılığın daha geniş təbliğ edilməsi məqsədilə Zaqatala rayonunda ilk dəfə Fındıq Festivalı keçirilib. Festivalda fındıq növləri və fındıqdan hazırlanan müxtəlif məhsullar sərgilənib. Zaqatalada ilk dəfə keçirilən Fındıq Festivalında respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, eləcə də rayon sakinləri iştirak ediblər. Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olublar. Festivalda həmçinin Şəki, Qax və Balakən rayonlarının təmsilçiləri iştirak edərək öz ləziz təamlarını və sənətkarlıq nümunələrini nümayiş etdiriblər. Festival çərçivəsində ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işləri kimi müxtəlif müsabiqələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Rayon sakinləri belə bir festivalın keçirilməsini sevinclə qarşılayıb, ənənəvi olmasını arzulayıblar. Fındıq Festivalı konsert proqramı ilə davam edib. Məktəbimiz bu festivalda yüksək səviyyədə təmsil olundu. Məktəb şagirdlərinin fındıq məhsulundan hazırladıqları müxtəlif əl işləri festivalda nümayiş etdirildi. Həmçinin istedadlı şagirdlərimiz şeir, rəqs, musiqi parçalarından ibarət kompozisiyaları ifa etdilər..












Комментариев нет: