понедельник, 13 ноября 2017 г.

Valideynər üçün onlayn gündəliklərin təqdimatı keçirildi

            Mamrux kənd tam orta məktəb tarixində daha bir yenilik tətbiq edildi. Valideyn məktəb əməkdaşlıgını səmərəli qurmaq, şagirdlərin təlim və davranış fəaliyyətini məktəbə gəlmədən geniş şəkildə izləmək məqsədilə VI sinifdə onlayn gündəliklər istifadəyə verildi.  Tədbiri giriş sözü ilə açan direktor Vəsilə Musayeva valideyn-məktəb əlaqələrinin səmərəli qurulmasında bu yeniliyin əhəmiyyətindən danışdı. Sinif rəhbəri Sakit Həsənov öz çıxışında valideynlərə gündəlikdən istifadə üçün bloga daxil olmaq, valideynlərlə əlaqə səhifəsinə keçmək, hər valideynin öz övladının adı üzərinə klikləməklə  gündəliyə keçid etmək, sinif rəhbərinin qeydləri ilə tanış olaraq valideynin qeydi qrafasında öz qeydlərini yazmaq qaydalarını izah etdi. O eyni zamanda bəzi valideynlərin İKT sahəsində maariflənməyə ehtiyacı oldugunu vurgulayaraq, bu sahədə biliklərin verilməsi üçün məşgələ qrafikinə uygun onların məşgələlərə cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Yekunda sinif valideyn komitəsinin sədri və digər üzvləri bu yeniliyə görə öz minnətdarlıqlarını ifadə edərək gələn həftə toplanacaq sinif valideyn komitəsinin yıgıncagında komitənin İKT üzrə yeni sektorunun yaradılması və bu sahədə təcrübəsi olan valideynin həmin sektora nümayəndə təyin olunmasının  vacib məsələ olaraq yıgıncagın  gündəliyinə salınacagını bildirdi.  
Hörmətli valideynlər!! Onlayn gündəliklərin keçid linkləri aşagıda erilmişdir. Eyni zamanda gündəliklərə keçid və geniş məlumat üçün bloqun valideynlərlə əlaqə səhifəsindən istifadə edə bilərsiz 





Комментариев нет: