четверг, 2 ноября 2017 г.

Sinif saatı-təbiəti qoruyaq



Zaqatala rayon Mamrux kənd tam orta məktəbin VI sinfində 27 oktyabr 2017 ci il tarixində keçirilmiş sinif təşkilat saatının məruzəsi

Mövzu: Təbiəti qoruyaq-agacların təbiətdə rolu

        Ağaclar atmosferin çirklənməsinin qarşısını alan ən etibarlı müdafiə vasitəsidir.Atmosferi karbon qazından təmizləyib,oksigenlə  zənginləşdirir. Bir ağac il ərzində təxminən 120 kiloqram oksigen buraxır.Meşə təkcə ana təbiətin bəzəyi deyil ,o həm də xalqımızın qiymətli sərvətidir. Meşə heyvanların sığınacağı,qida mənbəyidir.  Meyvə ağaclarının insanlara xeyri çoxdur. Meyvə insanların əsas qidasını təşkil edir.Ona görə də vitaminlər orqanizmin sağlamlığı üçün hava qədər vacibdir.Vitaminlərin azlığı orqanizmdə xəstəlik şəklində üzə çıxır.Xəstələnməmək üçün də lazım olan qədər meyvə yemək lazımdır . Məsələn:almada A,B,C,E vitaminləri var.Bu vitaminlər əzələlər və diş ətləri üçün faydalıdır,immuniteti artırır,infeksion xəstəliklərə qarşı mübarizəni gücləndirir. Heyva A,B2,və C vitamini ilə zəngindir.Uşaqların böyüməsi və inkişaf etməsi üçün xeyirlidir.Ərik isə minerallarla zəngindir. Ağacların çiçəklərindən arılar bal toplayır .Arı balı -min bir dərdin dərmanldır .Bal həm faydalı həm, də şəfalı qida məhsuludur .Tut ağacının meyvəsi xeyirlidir .Tut meyvəsindən bəhməz alınır .Bu da bir şox xəstəlıklərin müalıcəsində istifadə olunur .Tut yarpağından ipəkqurdunun bəslənməsində istifadə olunur. İpəkqurdunun sarıdığı baramadan nazik saplar alınır bundan isə zərif ipək parçalar toxunur . Beləliklə məlum olur ki,bütün meyvələr vitaminlərlə,minerallarla zəngindir.Meyvələrdən şirələr, mürəbbələr,salatlar hazırlanır  .Şirniyyatların bişirilməsində də meyvələrdən istifadə olunur.Ağaclardan həm də kağız ,qələm alınır .  Ağaclardan tikinti materialı kimi istifadə olunur. Mebellər hazırlanır.Təbiətə gözəllik və sərinlik verir.Ağacların təbiət hadisələrinə də xeyri çoxdur.Küləyin və torpaq sürüşməsinin qarşısını alır .Havada rütubətlik yaradır

Комментариев нет: