понедельник, 13 ноября 2017 г.

“Vergiləri ödəmək ölkəmizə sədaqət deməkdir” mövzusunda tədbir

 Zaqatala rayon Mamrux kənd tam orta məktəbində 07 noyabr 2017 ci il tarixdə vergiləri ödəmək ölkəmizə sədaqətli olmaq deməkdir mövzusunda tədbir keçirildi. Tədbirdə Mamrux kənd tam orta məktəbin şagird və müəllim kollektivləri, Zaqatala rayon vergi idarəsinin əməkdaşları, kəndimizin ziyalıları, valideynlər və s iştirak etdilər. Tədbiri vergi dostları üzrə məktəbizin nümayəndəsi Tural Nusalov açdı. Sonra şagirdlərin müxtəlif təqdimatları dinlənildi, diskussiya, müzakirələr və sual-cavab təşkil edildi. Tədbirdə məktəb direktoru Vəsilə Musayevanın, vergi idarəsinin əməkdaşlarının, digər qonaqların çıxışları ilə davam etdi. Sonda tədbirdə fərqlənən şagirdlər təltif olundular və məktəb şagirdləri, müəllimlər tərəfindən hazırlanmış video çarx nümayiş olundu. 

   "Vergilərin ödənilməsinin əhəmiyyəti şagirdlərin gözü ilə" mövzusunda məktəb müəllimləri və şagirdləri tərəfindən hazırlanmış video-layihə
-senari və ideya müəllifi Mamrux kənd tam orta məktəbinin tarix müəllimi və VI sinfin sinif rəhbəri Sakit Həsənov
-Operator Tural Nusalov, Mamrux kənd tam orta məktəbin cografiya müəllimi 





Комментариев нет: