воскресенье, 15 октября 2017 г.

"Bilik günü" təşkilat saatının məruzəsi

   
  
   Zaqatala rayon Mamrux kənd tam orta məktəbin VI sinfində 15 sentyabr 2017 ci il tarixində keçirilmiş sinif təşkilat saatının məruzəsi

Mövzu: Bilik günü

15 sentyabr - Azərbaycanda "Bilik Günü"dür. 2004-cü il avqustun 21-də prezident İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb.
“Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və 15 sentyabr "Bilik günü" elan edilir.Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür.Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti dahada inkişaf etdirirlər.Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən , xüsusi qayği və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub , kitablar oxuyub , şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.

Комментариев нет: