суббота, 14 октября 2017 г.

Valideyn komitəsinin yıgıncaqları, protokolları, hesabatları


 


                             
                                                           I Yıgıncaq

     04 oktyabr 2017 ci ildə VI sinifdə valideyn komitəsinin yıgıncagı keçirildi. Yıgıncaqda valideyn komitəsinin tərkibi müəyyən edildi. Komitə sədri, müavini, təlimə nəzarət,  saglamlıq və şagird hüquqları, əmək və təşkilatı məsələlər sektorları üzrə nümayəndələr təyin olundular. Valideyn komitəsinin tədris ili ərzində fəaliyyəti planı təsdiq edildi.




                                                           II Yıgıncaq
       
       Komitənin saglamlıq və şagird hüquqları sektoru üzrə nümayəndəsinin hesabatı dinlənildi. Yıgıncaqda 11 nəfər valideyndən 6 nəfəri iştirak etdi. Nümayəndə öz çıxışında valideynlərlə apardıgı geniş müakirələrdən danışaraq ailələlərdə uşaqların hüquqlarının pozulub-pozulmamagı ilə baglı məsələri digər valideynlərin diqqətinə çatdırdı. O eyni zamanda şagirdlərin saglamlıgı ilə baglı məsələlər və bu sahədə gördüyü işlərdən bəhs etdi. VI sinifdə təhsil alan hər bir şagirdin saglamlıgı haqqında kənd həkim məntəqəsi işçiləri ilə daim əlaqə saxladıgını qeyd etdi. O öz çıxışında bu il ərzində saglamlıgından şikayəti olmuş 3 nəfər şagirdin kənd həkim məntəqəsinə müraciət etdiyini və onlara lazım olan tibbi yardımın göstərildiyi, hazırda saglamlıgında heç bir narahatlıq olmadıgını bildirdi. Helmintozlara qarşı mübarizə məqsədilə məntəqə  həkimlərinin məktəbə gələrək dərman preparatlarını şagirdlər tərəfindən qəbul etdirilməsini təmin etdiklərini vurguladı. Həkim məntəqəsinin şagirdlərlə sıx əlaqəsini, lazım olan tibbi-profilaktik tədbirlərinin vaxtlı vaxtında aparıldıgını yıgıncaq iştirakçılarının nəzərinə çatdırdı.





                                                  

                                                        III Yıgıncaq
Zaqatala rayon Mamrux kənd tam orta məktəbinin VI sinfində 24 noyabr  2017- ci il tarixində sinif  valideyn komitəsinin yıgıncagı keçirildi. Yıgıncaqda əvvəlcə gündəlikdə duran məsələlər elan edildi. əvvəlcə SVK nin sədri Ramazanov Elçin SVK-nin I rüb ərzində gördüyü işlərin geniş hesabatını verdi. SVK nin təlimə nəzarət, saglamlıq, əmək və təşkilati məsələlər üzrə nümayəndələrin məqsədyönlü fəaliyyət göstərdiyini bildirdi. SVK nin üzərinə  düşən vəzifələri layiqincə həyata keçirməyə çalışdıgını və bu işdə böyük zəhməti olan SVK nin  digər nümayəndələrinə təşəkkür etdi. 2 ci məsələ ilə baglı sinif rəhbəri Sakit Həsənov çıxış etdi. O valideyn məktəəlaqələrinin vacibliyini və onların səmərəli qurulması yollarını geniş şəkildə şərh etdi. İKT nin cəmiyyətin bütün sahələrinə nüfuz etdiyi müasir dövrdə onun təhsilə verə biləcəyi böyük imkanlardan bəhs etdi. O VI sinifdə son vaxtlar tətbiq edilən yeniliyi xatırlatdı. 3-cü məsələ barədə SVK-nin sədr müavini Sulxayeva Pirdas çıxış etdi. O  valideyn məktəəlaqələrinin səmərəli qurulmasında İnformasiya texnologiyalarının  böyük rolu oldugunu qeyd etdi. VI sinifdə bu ənənənin tətbiq edildiyini bildirərək artıq şagirdlərin gündəlik təlim və davranış fəaliyyəti barədə valideynlər tərəfindən internet vasitəsilə informasiya aldıqlarını dedi. Komitə sədri həmçinin bu sahədə problemlərin mövcud oldugunu qeyd etdi. 3 nəfər valideynə  İKT ilə baglı biliklərin verilməsinə ehtiyacı oldugunu söylədi. Təşkilatçı Təranə Mahmudova öz çıxışında İKT ilə baglı problemi olan valideynlərin məktəbdə məşgələlərə cəlb edilməsi, bunun üçün məktəbdə hər bir şəraitin oldugunu, SVK nin İKT üzrə yeni sektorunun yaradılması, valideynlərdən birinin bu sektor üzrə nümayəndə təyin edilməsini  təklif etdi. Valideyn Davudov Cavid təşkilatçının fikrini dogru addım olaraq dəyərləndirdi. Yeni yaradılmış sektora SVK nin sədrinin özünün rəhbərlik etməsini təklif etdi. Valideynlər arasında İKT sahəsində ən yaxşı təcrübəsi olan şəxsin Ramazanov Elçin oldugunu bildirdi. Valideyn Qazıyeva Xalidə  həftənin müəyyən günlərində məşgələ vaxtlarının müəyyən olunması və ehtiyacı olan valideynlərin məşgələlərə cəlb edilməsinin vacib oldugunu qeyd etdi. Müvafiq qərarlar qəbul etməklə yıgıncaq öz işini başa çatdırdı.






                                    1 saylı protokol
     
       Zaqatala rayon Mamrux kənd tam orta məktəbinin VI sinfində
 04 oktyabr  2017- ci il tarixində keçirilmiş 1 saylı  sinif  valideyn komitəsinin yıgıncagının 
                                         Protokolu
      Valideynlər-11 nəfər
      Müəllimlər-  4 nəfər
Gündəlikdəki  məsələlər:
1. Sinif Valideyn Komitəsinin (SVK) özünüidarəetmə orqanı üzvlərinin seçilməsi
2. SVK –nin 2017-2018 ci tədris ili üçün iş planının tərtib və təsdiq edilməsi
4. Digər çıxışlar
     1ci məsələ haqqında sinif rəhbəri Sakit Həsənov danışdı. O bütün valideynlərə 2017-2018 ci tədris ilində SVK nin işində ugurlar arzuladı. Hər bir valideynə komitənin işində həmrəy olmalarına, qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrini arzu etdi. O eyni zamanda bildirdi ki müsbət nəticələr əldə etmək üçün bəzən xeyli müddət tələb olunur. O SVK nin fəaliyyətində bütün valideynlərə səbr, fədakar əməyində nailiyyətlər arzuladı.
     Sakit Həsənov valideynələrə SVK nin təxmini strukturunu lövhədə çəkərək göstərdi. Hər bir valideynə bu barədə öz fikirlərini demələrini, təkliflərinin nəzərə alınacagını bildirdi.
    Daha sonra SVK nin vəzifə bölgüsü üçün namizədlərin adlarının müəyyən edilməsi, sonra isə səsvermə keçirilməsini, daha çox səs toplamış valideynin SVK nin sədri təyin ediləcəyini bildirdi.  Daha sonra SVK nin digər şöbələrinin nümayəndələri üçün  üçün səsvermə keçiriləcəyini bildirdi.
  Ramazanov Elçin SVK nin strukturunda saglamlıq və təlimə nəzarət sektorları ilə yanaşı əmək və təşkilati məsələlər üzrə sektorun da yaradılmasını təklif etdi.
Valideyn Sulxayeva Pirdas SVK nin sədri vəzifəsinə Ramazanov Elçinin, valideyn Rəcəbova Səfurə Davudov Cavidin, valideyn Qurbanova Nərgiz isə Sulxayeva Pirdasın namizədliyini irəli sürdü.
Svsvermə keçirildi və daha çox səs toplamış namizəd Ramazanov Elçin SVK nin sədri təyin edildi. Bu qayda ilə SVK nin digər sektorlarının nümayəndələri də təyin edildi.
2017-2018  ci tədris ili üçün iş planının tərtib edilməsi üzərində müzakirə ilə yıgıncaq davam etdi. İş planı bütün təkliflər, iradlar, əlavələr nəzərə alınaraq tərtib olundu.
 Qərara alındı:
   1. SVK nin strukturu 3 sektordan ibarət olmaqla formalaşdırılsın və SVK nin sədri vəzifəsinə Ramazanov Elçin, müavini Sulxayeva Pirdas, saglamlıq sektoru üzrə nümayəndə Davudov Cavid, təlimə nəzarət sektoru nümayəndəsi Rvcəbova Səfurə, əmək və təşkilati məsələlər sektoru nümayəndəsi Qurbanov Veysvl təyin edilsin;
2.     SVK nin 2017-2018 ci tədris ili üçün yeni iş planı təsdiq edilsin.




                                  2 saylı protokol

        Zaqatala rayon Mamrux kənd tam orta məktəbinin VI sinfində
 24 noyabr  2017- ci il tarixində keçirilmiş 2 saylı  sinif  valideyn komitəsinin yıgıncagının
                                         Protokolu
      Valideynlər-11 nəfər
      Müəllimlər-  5 nəfər
Gündəlikdəki  məsələlər:
1. Sinif Valideyn Komitəsinin (SVK)  I rüb ərzində görülmüş işlərin hesabatı (SVK sədri Ramazanov Elçinin çıxışı)
2.Valideyn məktəb əlaqələrinin səmərəli qurulmasında  İKT –nin rolu (sinif rəhbəri Sakit Həsənovun çıxışı)
3. VI sinifdə valideyn məkəb əlaqələrinin İKT dən istifadə etməklə qurulmasında mövcud olan problemlər (SVK nin sədr müavini Sulxayeva Pirdasın çıxışı çıxışı)
4. Digər çıxışlar
1ci məsələ haqqında SVK nin sədri Ramazanov Elçin danışdı. O  SVK-nin I rüb ərzində gördüyü işlərin geniş hesabatını verdi. SVK nin təlimə nəzarət, saglamlıq, əmək və təşkilati məsələlər üzrə nümayəndələrin məqsədyönlü fəaliyyət göstərdiyini bildirdi. SVK nin üzərinə  düşən vəzifələri layiqincə həyata keçirməyə çalışdıgını və bu işdə böyük zəhməti olan SVK nin  digər nümayəndələrinə təşəkkür etdi.
2 ci məsələ ilə baglı sinif rəhbəri Sakit Həsənov çıxış etdi. O valideyn məktəb əlaqələrinin vacibliyini və onların səmərəli qurulması yollarını geniş şəkildə şərh etdi. İKT nin cəmiyyətin bütün sahələrinə nüfuz etdiyi müasir dövrdə onun təhsilə verə biləcəyi böyük imkanlardan bəhs etdi. O VI sinifdə son vaxtlar tətbiq edilən yeniliyi xatırlatdı. Onlayn müşahidə gündəliklərindən, onlayn dəftərlərdən istifadənin müsbət cəhətlərini qeyd etdi.. Sinif rəhbəri həmçinin bu sahədə mövcud problemlərin mövcudlugunu bildirərək bu barədə SVK nin sədrinin çıxışında bu məsələlərə toxunulacagını bildirdi. Sinif rəhbəri VI sinif üçün hazırladıgı blogda onlayn müşahidə gündəliklərinə daxil olmaq və lazım olan qeydlərin aparılması haqqında məlumatı bir daha valideynlərə xatırlatdı..
3-cü məsələ barədə SVK-nin sədr müavini Sulxayeva Pirdas çıxış etdi. O  valideyn məktəb əlaqələrinin səmərəli qurulmasında İnformasiya texnologiyalarının  böyük rolu oldugunu qeyd etdi. VI sinifdə bu ənənənin tətbiq edildiyini bildirərək artıq şagirdlərin gündəlik təlim və davranış fəaliyyəti barədə valideynlər tərəfindən internet vasitəsilə informasiya aldıqlarını dedi. Komitə sədri həmçinin bu sahədə problemlərin mövcud oldugunu qeyd etdi. 3 nəfər valideynə  İKT ilə baglı biliklərin verilməsinə ehtiyacı oldugunu söylədi.
Təşkilatçı Təranə Mahmudova öz çıxışında İKT ilə baglı problemi olan valideynlərin məktəbdə məşgələlərə cəlb edilməsi, bunun üçün məktəbdə hər bir şəraitin oldugunu, SVK nin İKT üzrə yeni sektorunun yaradılması, valideynlərdən birinin bu sektor üzrə nümayəndə təyin edilməsini  təklif etdi.
Valideyn Davudov Cavid təşkilatçının fikrini dogru addım olaraq dəyərləndirdi. Yeni yaradılmış sektora SVK nin sədrinin özünün rəhbərlik etməsini təklif etdi. Valideynlər arasında İKT sahəsində ən yaxşı təcrübəsi olan şəxsin Ramazanov Elçin oldugunu bildirdi.
Valideyn Sulxayeva Pirdas həftənin müəyyən günlərində məşgələ vaxtlarının müəyyən olunması və ehtiyacı olan valideynlərin məşgələlərə cəlb edilməsinin vacib oldugunu qeyd etdi.

Qərara alındı:
1.     SVK nin İKT sektoru yaradılsın və onun nümayəndəsi Ramazanov Elçin təyin edilsin;

2.     İKT sahəsində bacarıqları olmayan valideynlər üçün qrafikə uygun  məşgələ saatları təşkil edilsin.


                                                    I rübün hesabatı

Zaqatala rayon Mamrux kənd tam orta məktəbin VI sinfinin sinif valideyn komitəsinin 2017-2018 ci tədris ilinin  I rübü ərzində gördüyü  işlərin
                                                    hesabatı

   2017-18 ci tədris ilinin başlangıcında keçirilmiş VI sinif sinif valideyn komitəsinin ilk yıgıncagında komitənin strukturu müəyyənləşdirildi. Komitənin struktur müəyyən edilərək, vəzifə bölgüsü aparıldı. Valideyn komitəsində demokratik prinsiplər əsasında özünüidarə orqanı üzləri səsvermə yolu ilə seçildilər. Strukturu və idarəetmə bölgüsü aşagıdakı kimi müəyyən edildi

    Soyadı və adı
            vəzifəsi


Ramazanov Elçin
    Valideyn komitəsinin sədri

Sulxayeva Pirdas
    Valideyn komitəsinin sədr müavini

Rəcəbova Səfurə
    Təlimə nəzarət

Davudov Cavid
     Şagird hüquqları və sağlamlıq
     işləri üzrə nəzarət

Qurbanov Veysəl
    əmək və təşkilati məsələlər üzrə
    nəzarət

         Valideyn komitəsinin tərkibi müəyyən edildikdən sonra onun fəaliyyəti üçün illik iş planı müəyyən olunaraq təsdiq edildi. Komitə öz fəaliyyətini  İş planında qeyd edilmiş işlərin vaxtında və dogru şəkildə həyata keçirmək üstündə qurdu. Komitə öz işini əməkdaşlıq, həmrəylik, hörmət və ehtiram şəraitində həyata keçirmişdir. Qarşıda duran vəzifələr sinif rəhbəri, valideyn komitəsinin sektorlar üzrə nümayəndələri, digər valideynlər və müəllimlərlə əməkdaşlıq edərək   yerinə yetirilmişdir. Təlimə nəzarət sektoru üzrə nümayəndəsi  Rəcəbova Səfurə və sinif rəhbəri Sakit Həsənovun rəhbərliyi ilə müxtəlif vaxtlarda VI sinifdə açıq qapı günləri elan edilmişdir. Valideynlər dərslərdə iştirak etmiş, uşaqların təlim prosesindəki fəaliyyətini izləmiş, dərsdən sonra sinif rəhbəri və müəllimlərlə müzakirələr aparılmış, şagirdlərin təlimə olan münasibəti valideyn və müəllimlərin iştirakı ilə müzakirə edilmiş, görüləcək işlər müəyyən edilmişdir. Təlimə nəzarət sektorunun nümayəndəsi  Rəcəbova Səfurə  mütəmadi olaraq  şagirdlərin ev şəraitində təlimi ilə baglı yoxlamalar aparmış valideynlərə öz tövsiyyələrini vermişdir. O həmçinin sinif rəhbəri ilə birlikdə şagirdlərin evlərinə baxış məqsədilə təşkil edilmiş reydlərdə yaxından iştirak etmiş, ailədə mövcud olan sosial-psixoloji mühit, şagirdlərin evdə dərsə hazırlaşmaları, asudə vaxtın səmərəli keçirilməsi ilə baglı məsələlər ciddi şəkildə araşdırılmış, valideynlərlə maarifləndirici tədbirlər həyata keçirilmişdir.
            Komitənin saglamlıq üzrə sektorunun nümayəndvsi Davudov Cavid üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. O müntəzəm olaraq Mamrux kənd həkim məntəqəsi ilə əlaqə saxlamış,  uşaqların saglamlıgında olan problemlər, şəxsi  gigiyena  qaydaları, profilaktik tədbirlər və digər məsələlərlə ciddi şəkildə məşgul olmuşdur. O dəfələrlə həkim məntəqəsində olmuş, VI sinif şagirdlərinin saglamlıgı ilə baglı olan məsələləri həkimlərlə müzakirə etmişdir. Məktəbdə həkim məntəqəsi üzvləri tərəfindən aparılmış  helmintozlara qarşı mübarizə tədbirlərində iştirak etmiş, şagirlərə helmintozlara qarşı dərman preparatlarının verilməsi təmin edilmişdir.  
          Komitənin  əmək və təşkilati məsələlər üzrə sektor nümayəndəsi öz sahəsinə aid məsələlərlə  I rüb ərzində ciddi şəkildə məşgul olmuşdur. Təsərrüfat işləri üzrə direktor müavini ilə sıx əməkdaşlıq yaratmış, sinfin tədris ili öncəki təmirində valideynlərin köməyindən istifadə etməklə həmçinin müəllimlərlə birgə kosmetik təmirini həyata keçirilməsinə yardım etmişdir.
       Ümumiyyətlə I rüb ərzində VI sinif valideyn komitəsinin fəaliyyəti üzərinə düşən vəzifələri həyata keçirməyə daim səy göstərmişdir. 



Комментариев нет: