Sinif rəhbərlərinin apardığı
çoxcəhətli tərbiyəvi işin ən mühümü və ən əsası olan sinif təşkilat saatı
şagirdlərin təhsil və tərbiyəsini təşkil etmək, fəaliyyətlərinə düzgün
istiqamət vermək üçün çox fayadalı və gərəklidir. Belə bir tərbiyəvi iş üsulu
ona görə çox vacibdir ki, bu vaxt şagird şəxsiyyətinin hərtərəfli və dinamik
inkişafı üçün hər cür şərait yaranır.
Əgər sinif rəhbəri möhkəm sinif kollektivi yaratmaq, sinifdəki hər bir şagirdin
fərdi-psixoloji xüsusiyyətlərini dərindən öyrənmək, onları hər hansı bir işə
səfərbər etmək, qarşıda duran problemləri, tərbiyəvi vəzifələri vaxtında və
operativ həll etmək istəyirsə, onda sinif saatından məqsədəmüvafiq şəkildə
istifadə etməlidir. Sinif
təşkilat saatı dərsdənkənar tərbiyə işi olduğundan onun həftənin sonunda,
dərsdən sonra keçirilməsi məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, sinif
təşkilat saatının səmərəliliyi onun çox keçirilməsi ilə deyil, pedaqoji
cəhətdən düzgün təşkili, keçirilmə metodikası, şagirdlərin məntiqi təfəkkürünə
təsiri, sinif şagirdlərinin fəallığı və təşəbbüskarlığı ilə ölçülür. Təcrübə
göstərir ki, sinif təşkilat saatını mütləq hər həftə keçirmək çox da vacib
deyildir. Ancaq həftədə bir dəfə sinif təşkilat saatının təşkili işin ziyanına
da deyildir. Sinif təşkilat
saatının təşkili ciddi hazırlıq tələb edir. Hər bir sinif rəhbəri bu saatı
keçirmək üçün həftə boyu ciddi hazırlaşmalıdır. Sinif təşkilat saatına nə qədər vaxt
sərf etmək lazımdır? Əlbəttə, bu müddət işin təşkilindən asılıdır. Onun nə
qədər davam edəcəyini qabaqcadan hökm etmək olmaz. Sinif təşkilat saatını o
vaxt başa çatdırmaq lazımdır ki, artıq şagirdlər özləri bunu istəmiş olsunlar.
Şagirdləri yorana kimi sinif təşkilat saatını davam etdirmək isə yalnız ziyan
verə bilər. Yaxşı olar ki, V-VIII siniflərdə bu işə 40-45 dəqiqə vaxt sərf
olunsun. IX-XI siniflərdə isə sinif saatını 1 saatadək uzatmaq olar (əgər
seçilmiş mövzu aktual və maraqlıdırsa).
Sinif təşkilat saatı dərsdənkənar tərbiyəvi iş forması olduğundan onu cədvələ
salmaq düzgün deyildir. Əlamətdar günlərə aid keçirilən sinif təşkilat
saatlarını, təbii kihəmin günlərdən 1-2 gün qabaq salmaq lazımdır.Hamını
maraqlandıran məsələ isə sinif təşkilat saatı üçün mövzu seçimidir. Aydındır
ki, sinif təşklat saatı şagirdlərin təhsil və tərbiyəsi ilə bağlı vəzifələri
əhatə etməlidir. Sinif təşkilat saatı şagirdlərin dünyagörüşünü formalaşdırmaq,
onların Azərbaycan ın müstəqilliyi, suverenliyi, dövlətçiliyi haqqında bilik və
təsəvvürlərini genişləndirmək üçün yaxşı vasitədir. Bu saatlarda şagirdlərə
ümummilli lider Heydər Əliyevin gərgin əməyi və fəaliyyəti haqqında geniş və
hərtərəfli məlumat vermək lazımdır. Onlar hörmətli Prezidentimiz İlham Əliyevin
respublikamız, xalqımız, xüsusən də gənclər üçün gördüyü işlər barədə də
məlumatlandırılmalıdırlar. Sinif
təşkilat saatının məzmununda nələrə fikir vermək lazımdır? Şagirdlərimiz
vətənimizin dostlarını, düşmənlərini yaxşı tanımalı, dövlət simvollarını,
qanunları yaxşı öyrənməlidirlər. Hər bir şagirdin mənəvi aləmini
zənginləşdirmək üçün sinif təşkilat saatlarının böyük imkanları vardır.
Göstərilən mövzularda təşkil olunmuş sinif saatlarının proqramı sinif
rəhbərinin fəaliyyət planında öz əksini tapmalıdır. Sinif təşkilat saatları
mövzuya, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, həmçinin sinifdəki şagirdlərin
hazırlıq səviyyəsinə müvafiq olaraq müxtəlif formalarda – müzakirə, söhbət,
görüş, viktorina, disput, ekskusiya və s. formalarda təşkil oluna bilər. Mövzusundan
asılı olaraq, sinif təşkilat saatı məktəbdənkənar da keçirilə bilər. Məsələn,
təbiət və ya ekologiyaya həsr olunmuş sinif təşkilat saatını təbiət qoynunda
keçirmək daha səmərəli olar. Təcrübə
göstərir ki, sinif təşkilat saatlarının ən əsas üç funksiyası vardır:
maarifləndirici, istiqamətləndirici və təşkiledici. Marifləndirici funksiya
odur ki, sinif təşkilat saatlarında şagirdlərin bilik və dünyagörüşləri
genişləndirilir və keçilən dərslərin yaxşı öyrənilməsinə əsas yaranır. Belə
sinif təşkilat saatlarında respublikamızın iqtisadi və siyasi həyatından, elm
və texnika sahəsindəki yeniliklərdən, tariximiz, ədəbiyyatımız və
mədəniyyətimizdən söhbətlər açmaq çox yaxşı olar. Nəzərə almaq lazımdır ki,
soykökümüzə, milli adət-ənənələrimizə həsr olunmuş mövzular şagirdlərimizdə
böyük maraq oyadır. “Kitabi-Dədə Qorqud”, “Azərbaycan odlar ölkəsidir”,
“Xalqımızın böyük oğullları”, “Əsrin müqaviləsi”, “İpək yolu Azərbaycandan
keçir”, “Azərbaycanın dövlət simvolları”, “Xalqımızın qədim abidələri”,
“Qırmızı kitabımız”, “Heydər Əliyev ümummilli liderimizdir”, “Azərbaycan bədii
sərvətlər ölkəsidir” və s. mövzularda keçirilən sinif təşkilat saatları uzun
müddət şagirdlərimizin yadından çıxmır.
Sinif təşkilat saatlarının funksiyalarından biri də istiqamətverici funksiyadır. Bu günkü tarixi şəraitdə bu funksiya böyük əhəmiyyət kəsb edir. Şagirdlər praktik olaraq fəaliyyətə, ictimai-faydalı işə cəlb edildikdə onlarda əməyə məhəbbət işi güclənir. Təşkiledici funksiyada isə müəllim sinif kollektivinin formalaşmasına diqqət yetirir, sinifdə ictimai rəyin, şagirdlər arasında səmimi münasibətlərin yaranmasına çalışır. Təcrübə göstərir ki, bir çox sinif rəhbərləri dərs ilinin əvvəlində sinif təşkilat saatı keçirərək hər bir şagirdin ictimai tapşırığını müəyyən edir. Sinif nümayəndəsi, təmizlik komissiyasının sədri, qəzet redaktoru və s. ictimai vəzifələrə uyğun olan şagirdlərin seçkisini keçirir. Bundan sonra şagirdlər sinif iş planı ilə tanış olurlar. Beləliklə hər bir şagirdin vəzifəsi müəyyənləşdirilir, dəqiq iş bölgüsü aparılır və müvafiq tapşırıqıar verilir. Sinif təşkilat saatlarında təlim-tərbiyə işlərinin vəziyyəti, məktəbdə və ictimai həyatda davranışı, təhsilə, sinif və məktəb yoldaşlarına münasibəti, ictimai işlərdə fəallığı və s. müzakirə oluna bilər. Şübhəsiz ki, belə müzakirələr şagirdlərdə mənəvi keyfiyyətlərinin düzgün tərbiyə olunmasına, onların şəxsiyyət kimi formalaşmasına kömək edəcəkdir. Sinif təşkilat saatlarında ekspromt söhbətlər də aparıla bilər. Bəzən elə məsəslələr ortaya çıxır ki, heç bir hazırlıq görülmədən onlar barədə söhbətlər aparmaq zəruri olur. Məsələn, şagirdlərin etdiyi hərəkət və davranış, habelə şagird qaydalarının pozulması halları, sinif həyatında baş verən situasiyalar, mürəkkəb konfliktlər və s. Sinif saatında bu kimi məsələlər təhlil və müzakirə olunarkən sinif rəhbərləri təkcə günahkarların tapılması və cəzalandırılması ilə kifayətlənməyib, belə hadisələrin bir daha baş verməməsi üçün şagirdlərə lazımı tövsiyələrini verməlidir. Sinif təşkilat saatını necə təşkil etməli?Sinif təşkilat saatlarını, əsasən, sinif rəhbərləri özləri keçirirlər. Onlar şagirdlər qarşısında müəyyən mövzu ilə bağlı söhbətlər aparır, çıxışlar edirlər. Mövzular öz aktuallığı ilə fərqlənməlidir. Məsələn, “Siz asudə vaxtlarınızı necə keçirməlisiniz”, “Ev tapşırıqlarını nə vaxt yerinə yetirməli?”, “Sən vaxtını necə bölüşdürürsən?”, “Sənin mənəvi dünyan”, “Sən müstəqil necə çalışa bilərsən?” və s. Əlbəttə, belə mövzularda söhbətlər zamanı sinif rəhbərləri müxtəlif mütəxəssis və pedaqoqları da dəvət edə bilərlər. Bəzən sinif təşkilat saatını şagirdlər də təşkil edə bilər. Bu zaman onlar təşkilat saatının mövzusunu sinif rəhbərləri ilə birlikdə müəyyənləşdirilməlidir. Müstəqil olaraq keçirilən sinif təşkilat saatında şagirdlərin fəallığı artır və onlar müxtəlif təşəbbüslərlə çıxış etmək arzusunda olurlar. Hər bir şagird istəyir ki, onun da fikri eşidilsin. Buna görə də şagirdlərin böyük əksəriyyəti belə sinif təşkilat saatının keçirilməsini səbirsizliklə gözləyirlər. Belə mövzulara “Azərbaycanın Milli Qəhrəmanları”, “Torpaq - əgər uğrunda ölən varsa Vətəndir”, “Əsl dost kim

ola bilər?”, “Doğma vətənimiz” və s.
misal ola bilər. Bəzi vaxtlarda
sinif təşkilat saatını məktəbə dəvət olunmuş şəxslər keçirir.Belə saatlarda
Qarabağ veteranlarını, Milli Qəhrəmanları, alimləri dəvət etmək daha yaxşı
olar.Şagirdlərin belə şəxslərlə görüşləri uzun müddət onların yaddaşından
silinmir, təlim-tərbiyəsinə müsbət təsir edir.Təşkilat saatından əvvəl sinif
rəhbərləri həmin şəxslərlə görüşüb söhbət edir, tədbirin planı, məqsəd və
vəzifəsini onlarla müzakirə edir, sinif haqqında bəzi məlumatlar verirlər.Sinif
rəhbərləri şagirdləri də bu görüşə ciddi hazırlaşdıdrır, qonaqlar haqqında
onları məlumatlandırırlar. Hər
bir sinif rəhbəri gündəlik dərsə hazırlaşdığı kimi, sinif təşkilat saatına da
hazırlaşmalıdır.Qabaqcadan bütün məsəslələr öıçülüb biçilməlidir. Bu iş üçün
sinif rəhbərlərində kifayət qədər bilik, təşkilatçılıq qabiliyyəti,
təşəbbüskarlıq, şagird psixologiyasına dərindən bələd olmaq kimi keyfiyətlər
tələb olunur. Hər bir sinif rəhbəri təşkilat saatının səmərəli keçirilməsi üçün
gərgin əmək sərf etməli, bu işə böyük işgüzarlıq və həvəslə
yanaşmalıdır.Təşkilat saatı üçün seçilmiş hər bir mövzu şagird şəxsiyyətinin
formalaşmasında mühüm rol oynayır.Bu səbəbdən də sinif rəhbəri təşkilat
saatının keçirilməsinə laqeydlik göstərməməli, bu işə təlim-tərbiyənin düzgün
qurulması amılı kimi yanaşmalıdır.Sinif rəhbəri heç vaxt unutmamalıdır ki,
tərbiyə etdikləri hər bir şagird gələcəkdə müstəqil Azərbaycanımıza xidmət
edəcəkdir. Sinif
təşkilat saatının keçirilməsi üçün müəyyən proqram vermək olmaz, çünki hər bir
sinfin şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Ona görə də
müxtəlif siniflərdə bu proqram dəyişə bilər.
SİNİF TƏŞKİLAT SAATINDA KEÇİRİLƏCƏK
MÖVZULAR VƏ ONLARIN
MƏRUZƏLƏRİ
1.15 sentyabr – Bilik günüdür.
2. Türk qardaşlığının tarixi zəfəri: 15 sentyabr Bakının azad olunması günüdür
3. 5 oktyabr - Müəllim günüdür.
4. Milli mənəvi dəyərlərimiz: Qurban bayramı
5. Dövlət rəmzləri
2. Türk qardaşlığının tarixi zəfəri: 15 sentyabr Bakının azad olunması günüdür
3. 5 oktyabr - Müəllim günüdür.
4. Milli mənəvi dəyərlərimiz: Qurban bayramı
5. Dövlət rəmzləri
6. 27 sentyabr Beynəlxalq turizm
günüdür
7. Vətənpərvər olmaq üçün nə etmək
lazımdır
8. Mənim hüquq və vəzifələrim:
Uşaq Hüquqları Konvensiyasının bəzi maddələrinin şərhi
9.18 oktyabr – Müstəqillik
günüdür.
10.24 oktyabr BMT-nin yaradılması günüdür
10.24 oktyabr BMT-nin yaradılması günüdür
11. Qan yaddaşımız: 30 oktyabr Zəngilanın
işğalı günüdür
12. 9 noyabr- Bayraq günüdür.
13. 12 noyabr – Konstitusiya günüdür.
10. 17 noyabr – Milli Dirçəliş günüdür.
11. “Təhsil millətin gələcəyidir” (Heydər Əliyev).
12. Qarakənd faciəsi.
13. Əsl şagird necə olmalıdır?
14. QİÇS- lə necə mübarizə aparmaq lazımdır: 01 dekabr ümumdünya QİÇS-lə mübarizə günüdür?
15. Azərbaycanın Milli Qəhrəmanları.
16. Heydər Əliyev – Azərbaycan xalqının ümummilli lideridir.
17. Televiziya uşaqların gözü ilə-11 dekabr uşaqların beynəlxalq Televiziya və Radio verilişləri günü

18. 10 dekabr insan hüquqları
günüdür
19. Fövqəladə hallara həmişə hazır
olmalıyıq-16 dekabr fövqladə hallar nazirliyi işçiləri günüdür
20. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür.
21. Milli adət və ənənələrimiz.
22. 20 yanvar – Ümumxalq Hüzn günüdür
23. Gömrük-dövlət atributudur-29 yanvar Gömrük işçiləri günü
24. Gənclər bizim gələcəyimizdir-2 fevral beynlxalq gənclər günü

25. Vergilərin ödənilməsi hər bir
vətəndaşın borcudur-11 fevral vergi ödəyiciləri günüdür
26. “Mənim ana dilim”-21 fevral
beynəlxalq ana dili günüdür
27. 26 fevral – Xocalı faciəsi
günüdür.
28. 8 mart – Beynəlxalq Qadınlar günüdür.
29. 10 mart Milli Teatr günü.
30. Novruz bayramı – Xalqımızın Milli bayramıdır.
31. 27 mart Beynəlxalq Teatr günüdür
28. 8 mart – Beynəlxalq Qadınlar günüdür.
29. 10 mart Milli Teatr günü.
30. Novruz bayramı – Xalqımızın Milli bayramıdır.
31. 27 mart Beynəlxalq Teatr günüdür
32. 31 mart – Azərbaycanlıların
Soyqrimi günüdür.
33. 1 aprel ümumdünya gülüş günü
34. 7 aprel ümumdünya sağlamlıq günüdür
33. 1 aprel ümumdünya gülüş günü
34. 7 aprel ümumdünya sağlamlıq günüdür
35. 12 aprel ümumdünya
kosmonavtika günüdür
36. Abidələr tariximizin
yadigarıdır -18 aprel tarixi abidələrin mühafizəsi günü
37. Hansı peşə yaxşıdır?
38. İslam ən müqəddəs dindir.
39. Yer kürəsi bizim ümumi
evimizdir-22 aprel Beynəlxalq Yer Kürəsi günü
40. Kitab bilik mənbəyidir-23
aprel Ümumdünya kitab günü
41. Azad söz azad fikir azad insan
– 3 may Beynlxalq söz və mətbuat azadlığı günü
42. 9 may faşizm üzrində qələbə
günüdür
43. Təbiəti qoruyaq- 12 may
ekoloji təhsil günü
44. 18 may beynəlxalq muzeylər
günü
45. 28 may Respublika günü
46. 01 iyun Uşaqların Beynəlxalq
mühafizəsi günü
47. 05 iyun Ümumdünya ətraf
mühitin mühafizəsi günü
Комментариев нет:
Отправить комментарий