вторник, 17 октября 2017 г.

Müəllif haqqında


    Həsənov Sakit Məhərrəm oğlu 15.XI.1980 -ci il tarixdə Azərbaycan respublikası Zaqatala rayonu Mamrux kəndində, müəllim ailəsində anadan olmuşdur. 2002 ci ildə Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialına qəbul olmuş,  2006-cı ildə tarix ixtisası üzrə həmin institutu bitirmişdir. 2006 cı ildən Zaqatala rayon Mamrux kənd tam orta məktəbində tarix müəllimi işləyir. Müxtəlif vaxtlarda Zaqatala rayonunun Ələsgər kənd əsas məktəbi, Gözbarax kənd tam orta məktəbi, ADPU Zaqatala filialında  tarix müəllimi ixtisası üzrə fəaliyyət göstərmişdir. 2009 cu ildə ali təhsilin magistratura pilləsi üzrə Azərbaycan Dövlət Pedaqoji Univesitetinə qəbul olmuş,  2012 ci ildə  həmin universiteti bitirərək "Tarixin tədrisi metodikası" ixtisası üzrə magistr dərəcəsini almışdır. Yeni təlim texnologiyaları ilə təlim prosesini həyata keçirən qabaqcıl müəllim kimi rayon təhsil ictimaiyyətində tanınır. Təlim prosesini İKT, müasir təlim üsulları və digər innovasiya texnologiyalarından yararlanmaqla həyata keçirir. İş təcrübəsi  Zaqatala rayon təhsil müəssisələri səviyyəsində öyrənilir, təbliğ edilir. Rayon məktəblərində Fənn kurikulumlarının tətbiqinə nəzarət və kömək etmək məqsədilə rayonun dayaq məntəqə iclaslarında, elmi-praktik konfranslarda aktual məsələlərlə mütəmadi olaraq çıxış etmişdir. Təlimin texniki vasitələrindən geniş istifadə olunması, nəzəriyyənin praktikada tətbiq edilməsi, onun pedaqoji fəaliyyətinin əsas xüsusiyyətlərindəndir. ”Yeni təlim texnologiyaları”, “tarixin interaktiv təlimi” və başqa mühüm məsələlərə həsr olunmuş məqalələri elmi-pedaqoji mətbuat səhifələrində  çap olunmuşdur. Azərbaycan Müəllimlər İnstitutu və  Bakı Slavyan universitetlərində keçirilmiş  beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Zaqatala rayonunun ictimai işlərində, tədbirlərin təşkilində fəal iştirak edir. Pedaqoji fəaliyyətindəki ugurlarına görə  Zaqatala Rayon İcra Hakimiyyəti, Zaqatala RTŞ-si tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.  

Комментариев нет: