понедельник, 30 октября 2017 г.

X həftə (23 oktyabr-29 oktyabr)




                                               X həftə (23 oktyabr-29 oktyabr)
23 oktyabr 2017 ci il
   Məktəbli kitabçalarını yoxlayaraq irad və təkliflərimi bildirdim . Gələn həftə  məktəbimizdə keçiriləcək “vergi dostları” tədbirində iştirak üçün sinif şagirdləri ilə lazım olan müakirələr aparıldı. Həmin tədbirdə nümayiş olunacaq layihə, həmçinin bilik yarışında iştirakla baglı hazırlıq işləri ətrafında söhbət aparıldı.

24 oktyabr 2017 ci il
Sinif nümayəndəsinin hesabatını dinlədim. Sinif fəallarına təhkim olunmuş zəif oxuyan şagirdlərlə iş haqqında məsələləri müzakirə etdim
 25 oktyabr 2017 ci il
Sinif valideyn komitəsinin yıgıncagında komitənin saglamlıq və şagird hüquqları sektoru üzrə nümayəndəsinin hesabatı dinlənildi.
26 oktyabr 2017 ci il



İstedadlı şagirdlərlə işin aparılmasında mövcud vəziyyət müəllim və şagirdlərlə müzakirə olundu. Görüləcək yeni tədbirlər müəyyən olundu
27 oktyabr 2017 cı il
Şagirdlərdə ekoloji tərbiyə ilə baglı biliklər formalaşdırmaq məqsədilə yaşıllıgı qoruyaq mövzusunda sinif saatı keçirdim. Müzakirələrimizi təbiət qoynunda davam etdik.

                                          Sinif valideyn komitəsinin yıgıncagı
       Komitənin saglamlıq və şagird hüquqları sektoru üzrə nümayəndəsinin hesabatı dinlənildi. Yıgıncaqda 11 nəfər valideyndən 6 nəfəri iştirak etdi. Nümayəndə öz çıxışında valideynlərlə apardıgı geniş müakirələrdən danışaraq ailələlərdə uşaqların hüquqlarının pozulub-pozulmamagı ilə baglı məsələri digər valideynlərin diqqətinə çatdırdı. O eyni zamanda şagirdlərin saglamlıgı ilə baglı məsələlər və bu sahədə gördüyü işlərdən bəhs etdi. VI sinifdə təhsil alan hər bir şagirdin saglamlıgı haqqında kənd həkim məntəqəsi işçiləri ilə daim əlaqə saxladıgını qeyd etdi. O öz çıxışında bu il ərzində saglamlıgından şikayəti olmuş 3 nəfər şagirdin kənd həkim məntəqəsinə müraciət etdiyini və onlara lazım olan tibbi yardımın göstərildiyi, hazırda saglamlıgında heç bir narahatlıq olmadıgını bildirdi. Helmintozlara qarşı mübarizə məqsədilə məntəqə  həkimlərinin məktəbə gələrək dərman preparatlarını şagirdlər tərəfindən qəbul etdirilməsini təmin etdiklərini vurguladı. Həkim məntəqəsinin şagirdlərlə sıx əlaqəsini, lazım olan tibbi-profilaktik tədbirlərinin vaxtlı vaxtında aparıldıgını yıgıncaq iştirakçılarının nəzərinə çatdırdı.




       sinif valideyn komitəsinin saglamlıq sektoru nümayəndəsinin həkimlərlə müntəzəm əlaqəsi 






            



Комментариев нет: