суббота, 21 октября 2017 г.

Sinif rəhbəri öz fəaliyyətini hansı vəzifələri əsas tutmaqla həyata keçirməlidir

    

      Sinif rəhbəri anlayışı ilk yaranan vaxtlarda “Qrup rəhbəri” adı ilə meydana gəlmişdir. Onun fəaliyyətinə dair təlimat 1931-ci ildə təsdiq olunmuşdur. Sonralar, 1934-cü ildən “qrup” - sinif adı ilə, “qrup rəhbəri” isə sinif rəhbəri adı ilə əvəzlənmişdir.  Şagirdlərin təlim-tərbiyəsində müəllimlərin hər birinin ayrılıqda böyük rolu olsa da, sinfin tərbiyə işlərinin təşkilində, şagirdlərin möhkəm bir kollektiv ətrafında birləşdirilməsində, tərbiyə işlərinin vahid istiqamətə yönəldilməsində bacarıqlı, təcrübəli, tərbiyə işlə-ri-ni yaxşı bilən təşkilatçı pedaqoq – müəllimə ehtiyac duyulur. Elə bir pedaqoq - müəllim ki, o eyni sinifdə dərs deyən müəllimlərin kollektiv pedaqoji əməyini vahid istiqamətə yönəltməli, sinif şagird kollektivini təlim-tərbiyə vəzifələri ətrafında sıx birləşdirməli, sinif-dənxaric işləri məqsədyönlü şəkildə təşkil etməli və şagirdlərin fəaliyyətini stimullaşdırmalıdır. Bütün bunları sinfin təcrübəli, baca-rıqlı, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik, sevimli müəllimi sinif rəhbəri yerinə yetirir. Sinif rəhbəri vəzifəsinin zəruriliyi də məhz elə buradan irəli gəlir. Müəllimlər sinif rəhbəri vəzifəsinə məktəb direktorunun əmri əsasında təyin olunurlar.
Sinif rəhbərləri məktəbdə təlim-tərbiyə işlərinin keyfiyyətini yüksəltməkdə, şagirdlərin hərtərəfli, ahəngdar inkişafını, meyl və bacarığını təmin etməkdə böyük rol oynayırlar. Sinif rəhbərinin pedaqoji işinin məzmunu çoxcəhətlidir. Təhkim olunduğu sinif şagirdlərinin dünya baxışlarını formalaşdırmaq, əqli, ideya-siyasi, əxlaqi, hüquq, əmək, estetik, fiziki, iq-tisadi və ekoloji tərbiyə vəzifələrinin yerinə yetirilməsini istiqamət-ləndirmək, məktəbə yaxın olan iqtisadi əmək kollektivləri və ictimai təşkilatları ilə rəhbərlik etdiyi sinif şagirdlərinin sıx əlaqəsini yarat-maq, valideynlərlə müntəzəm iş aparmaq, onların pedaqoji mədə-niyyətini yüksəltmək, şagird birliklərinə və özünüidarə təşkilatlarına arxalanaraq lazım gəldikdə onların fəaliyyətinə ustalıqla nüfuz edib düzgün pedaqoji istiqamət vermək və s. belə mühüm işlər sinif rəh-bərinin fəaliyyətində geniş yer tutur.  “Azərbaycan Respublikası Ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi” və “Orta ümumtəhsil məktəbinin Nizamnaməsi”ndə sinif rəhbərinin vəzifələri konkret müddəalar şəklində aydın müəy-yən edilmişdir. Bu mühüm sənədlərə, əsasən, sinif rəhbərinin vəzifələrinə daxildir:
1. Sinif rəhbəri sinif şagird kollektivini təşkil edir; şagirdlərin vəzifələrini, “şagirdlər üçün qaydalar”ı, əxlaqi hərəkətləri və mədəni davranış qaydalarını izah edib şagirdlərə başa salır və aydın dərk etdirir; başqa müəllimlərlə, sinfin şagird təşkilatları ilə sıx əməkdaşlıq şəraitində ona etibar edilmiş sinif şagirdləri ilə məqsədyönlü tərbiyə işi aparır. Məktəbli şəxsiyyətinin hərtərəfli inkişafı və formalaşdırılmasına kömək edən faydalı tədbirlər təşkil edir.
2. Şagirdləri ətraf mühitə, bütünlükdə Azərbaycan təbiətinə, dövlət bayrağına, gerbinə, himninə və s. atributlara, Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə dərin hörmət ruhunda tərbiyə edir.
3. Şagirdləri müxtəlif xalqlar, etnik və milli qruplar arasında şüurlu qarşılıqlı anlaşma, sülh, humanizm və dostluq münasibətləri ruhunda tərbiyə edir və həyata hazırlayır.
4. Valideynlərlə möhkəm əlaqə yaradır, şagirdlərin təlim-tərbiyəsi işində onların köməyindən müntəzəm istifadə edir, onlara pedaqoji-psixoloji məsləhətlər verir. Məktəb və ailə tərəfindən şagirdlər qarşısında qoyulan pedaqoji tələblərin vahidliyinə nail olur, valideynlərlə, günüuzadılmış qrupların rəhbərləri ilə, müəssisə, idarə və təşkilatlarda yaradılmış ailəyə və məktəbə yardım komissiyaları ilə daim əlaqə saxlayır.
5. Şagirdlərə verilən ev tapşırıqlarının normal olmasını tən- zim edir, lazım gəldikdə, şagirdlərə vaxtında tədris köməyi göstərilməsini təşkil edir.
6. Sinif üzrə müəyyən olunmuş sənədləri tərtib edir, şagird- lərin təlim müvəffəqiyyəti, dərsə dəvamiyyəti və davranışı barəsin-də məktəbin rəhbərliyinə məlumat verir, onların gündəliyinin vəziy-yətinə nəzarət edir.
7. O, şagirdlərin sağlamlığının möhkəmlənməsinə kömək edən tədbirlər həyata keçirir, onların ictimai-faydalı əməyini təşkil edir. Təcrübəli sinif rəhbəri, ilk əvvəl, öhdəsində olan şagirdləri elmlərin əsaslarına dair biliklərlə dərindən və möhkəm silahlan-dırmalıdır, onların hafizəsini tədris proqramlarında müəyyənləşdiril-miş bilik sərvətləri ilə zənginləşirməlidir. Bu sinif rəhbərinin öyrə-dici, maarifləndirici vəzifəsidir. Sinif rəhbəri şagirdlərin yiyələndikləri biliklər zəminində onların elmi dünyagörüşünü və ideya-əxlaq əqidəsini formalaşdırmalı, şagirdləri nəcib ümumbəşəri əxlaqi keyfiyyətlər ruhunda tərbiyələn-dirməlidir. Bu onun tərbiyələndirici vəzifəsinə aiddir.
Hər bir sinif rəhbəri şagirdlərin sağlamlığını, fiziki inkişafının yüksək səviyyəsini təmin etməyə, dərsdənkənar tərbiyə işlərini pedaqoji baxımdan düzgün təşkil daxil etməklə onların marağını, intellektual və fiziki qabiliyyətlərini inkişaf etdirməyə nail olma-lıdır. Bu sinif rəhbərinin inkişafetdirici vəzifəsidir. Bacarıqlı sinif rəhbəri uşaqların öz imkanları daxilində res-publikamızın ictimai-siyasi həyatında, kütləvi tədbirlərdə, təbliğat və təşviqat işlərində fəal iştirakını təmin etməlidir. Bu sinif rəhbərinin ictimai-siyasi vəzifəsinə daxildir. Sinif rəhbəri ictimai-pedaqoji sahədə də fəal qüvvə olmalı, ictimaiyyətlə, valideynlərlə və ya onları əvəz edən şəxslərlə sıx əla-qə saxlamalı, onları uşaqların təlim-tərbiyəsi məsələləri üzrə lazımi biliklərlə silahlandırmaqda yorulmadan iştirak etməli, tərbiyənin forma, metod və vasitələrini təkmilləşdirməyə, sinifdənxaric işlərin yüksək səmərəliliyini təmin etməyə ciddi səy göstərməlidir. Bunlar da sinif rəhbərinin ictimai-pedaqoji vəzifəsinə daxildir. Sinif rəhbəri şagirdlərin eyni tərkibi ilə uzun müddət işləyir. Bu prosesdə o, həm rəhbər, həm tərbiyəçi, həm də müəllim kimi özünü şagirdlərdə təkrar etdirir, mənəvi keyfiyyətlərini, təcrübəsini öz yetirmələrinin mənəviyyatında davam etdirir, uşaqların sosial təşəkkül prosesinə qüvvətli təsir göstərir.  Sinif rəhbəri şagirdlərin ictimai həyatda müvafiq mövqe tut-malarına, xalqa fayda verən bir qüvvəyə çevrilmələrinə kömək edir; hər bir şagirdi “yer üzünün əşrəfi” səviyyəsinə qaldırmağa çalışır. Bu çox nəcib, cəlbedici və şərəfli iş olub sinif rəhbərinin fəaliyyə-tini səciyyələndirir. Həmin fəaliyyətin özünəməxsusluğunun ikinci cəhəti onun son dərəcə çətin və mürəkkəb iş olmasıdır.  Uşağı tərbiyə etmək, onun qəlbinin dərinliyinə varmaq, varlığını dərk etmək çox çətin və mürəkkəb işdir. Çünki hər bir uşağın özünəməxsus daxili aləmi, mənəvi dünyası, meyli, marağı, bacarığı, psixi və fiziki xüsusiyyətləri olur. Bunları öyrənib tərbiyə işində nə-zərə almaq sirli və tilsimli qalaya yol tapmaq kimi müşkül bir işdir. Sinif rəhbəri fəaliyyətinin özünəməxsusluğunun bir cəhəti də bu fəaliyyətin son dərəcə məsuliyyətliliyidir. O, bütün sahələrdə uşaqlar üçün yalnız müsbət mənada etalon olmağa, yaxşı nümunələr göstərməyə çalışmalıdır.
Sinif rəhbərinin fəaliyyətinin özünəməxsusluğunu səciyyələn-dirən başqa cəhətlər də vardır. Onlar tərbiyə fəaliyyətinin fasiləsizliyi, zövqverici və fərəhli iş olması ilə, sonsuz dəyişən şəraitdə uşaqların davranış və münasibətlərinin qeyri-standartlığı ilə və s. belə faktlarla əlaqədardır.
Xalq gənc nəslin formalaşmasında tərbiyəçi şəxsiyyətinin böyük əhəmiyyət kəsb etdiyini hələ bu anlayışın, bir pedaqoji termin kimi, yazılı ədəbiyyata gəlməsindən çox-çox əvvəl başa düş-müş, ən gözəl sifətləri də, ilk növbədə, məhz milyonlarla adamlar üçün tərbiyəçi rolunu oynayan müdrik şəxsiyyətlərə aid etmişdir. Müasir sinif rəhbəri və müəllim (tərbiyəçi) öz adının və vəzifəsinin səviyyəsində durmaq üçün, birinci növbədə, vətəndaşlıq mövqeyi-nə, ideya inamına və möhkəm əqidəyə malik olmalıdır. Tərbiyəçi sinif rəhbəri yüksək mədəniyyəti, yaxşı səliqəsi, zəngin mənəvi aləmi, nəcib əxlaqi sifətləri və geniş dünyagörüşü ilə fərqlənməlidir. Tərbiyəçi sinif rəhbəri yaxşı təşkilatçılıq bacarığına malik olmalıdır. O, uşaqları sevməyi, onlara qayğı ilə yanaşmağı və bu qayğını, sevgini ağılla tələbkarlıqla birləşdirməyi bacarmalı, op-timist ovqatlı olmalıdır.

Tərbiyəçi sinif rəhbəri səbirli, təmkinli, qətiyyətli, obyektiv və ədalətli olması ilə fərqlənməlidir. O, fəal ictimaiyyətçi və öz xalqı-nın yaxın köməkçisi olmalı, təbliğat və təşviqat işlərində iştirak et-məlidir. Tərbiyəçi sinif rəhbəri pedaqoji texnikaya, pedaqoji mərifətə malik olmalıdır. Deməli, yaxşı sinif rəhbəri və ya tərbiyəçi müəllim olmaq və uşaqların tərbiyəsində fərəhli nəticələr qazanmaq üçün hər bir adamın pedaqoji ustalığa dərindən yiyələnməsi son dərəcə va-cibdir. Müasir tərbiyəçi sinif rəhbərində yeniliyə həssaslıq, bu və ya digər pedaqoji məsələnin həllinin qeyri-standart üsullarını tapmaq qabiliyyəti olmalıdır. Bütün işlərdə tərbiyəçi aparıcı rol oynamalı və öz şəxsiyyətini bütün istiqamətlərdə yeni-yeni keyfiyyətlərlə zənginləşdirməlidir. Sinif rəhbərləri şagirdlərin tərbiyəsi sistemində ən başlıca tərbiyə qüvvəsidir. Sinif rəhbərləri şagirdlərin tərbiyəçisi və rəh bəridir. Onun öhdəsinə V sinifdən XI sinfə qədər şagirdlərlə tərbiyə işini təşkil etmək vəzifəsi düşür. Sinif rəhbərlərinin vəzifəsi öz sinfində sinifdənkənar tərbiyə işləri təşkil etməkdən, həmin sinifdə dərs deyən müəllimlərin işini tənzimləməkdən ibarətdir.

Комментариев нет: