Rəhbərlik etdiyim VI sinif şagirdləri, həmçinin
digər siniflərdə oxuyan şagirdlərin istəklərini nəzərə alaraq onlar üçün maraq
doguran bölgələrə maarifləndirici, elmi, məqsədlə kollektiv şəkildə
baxışlar təşkil etdik. Ekskursiyalarda təşkil olunan canlı müşahidələrdə
onlar yeni bir şey öyrənmək imkanı əldə edir, tədqiqatçıya çevrilir, özləri
üçün “kəşf”lər edirlər. Təbiətə, tarixi abidələrə aid bir çox mövzuların
keçirilməsi ilə əlaqədar olaraq sinifdə müxtəlif əyani vəsaitdən istifadə
olunmuşdur. Lakin elə əşya və hadisələr vardır ki, onlara təbii şəraitdə baxmaq
lazımdır. Bu isə ancaq ekskursiyaların köməyi ilə yerinə yetirə bilər.
Elmi-kütləvi mətnlərin qiraəti ilə əlaqədar olaraq ekskursiyalar da dərs hesab
olunur. Çünki burada da giriş müsahibəsi, yeni məlumatların verilməsi,
qazanılmış biliklərin möhkəmləndirilməsi, ev tapşırığı kimi mərhələlər
vardır.
Zaqatala tarix diyarşünaslıq muzeyi
Zaqatala qalası
Qax rayonu Qum kəndi -alban bazilikası
Qaxrayonu Lekit kəndi-yeddikilsə monastr kompleksi
Qax rayonu Lekit kəndi Yaşıl şəlalə
Şəki xan sarayı
Şəki M.F. Axundzadənin heykəli
Şəki karvansara
Zaqatala ekologiya muzeyi
Zaqatala Heydər parkı
Balakən parkı
Zaqatala rayonu Yuxarı Çardaxlar kəndi
Qax rayonu Qum kəndi Nizami Gəncəvinin heykəli
Zaqatala rayonu Mamrux kəndi alban məbədi və qədim məscid
Комментариев нет:
Отправить комментарий