вторник, 17 октября 2017 г.

sinif saatı-Ümumdünya Turizm günü



Zaqatala rayon Mamrux kənd tam orta məktəbin VI sinfində 27 sentyabr 2017 ci il tarixində keçirilmiş sinif təşkilat saatının məruzəsi

Mövzu:  27 sentyabr Ümumdünya Turizm günüdür

27 sentyabr Ümumdünya Turizm günüdür. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. 2011-ci il isə Prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan edilib.Ölkədə turizmin inkişafına dair birinci  Dövlət Proqramının reallaşdırılması müstəqilliyin ilk illərində tənəzzülə uğramış bu sektorun dirçəlməsinə şərait yaratdı. Bu Proqram həmçinin Beynəlxalq turizm bazarına inteqrasiyanın təməlini də qoydu, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldi.Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010–2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun olaraq həyata keçirilən çoxsaylı layihələr ölkədə bu sahənin inkişafına yeni töhfələr verməkdədir. Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır. Respublikada əldə olunan sosial-iqtisadi irəliləyiş isə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi kimi mühüm vəzifənin həllinə imkan verir. Ölkəmizdə fəaliyyət göstərənmehmanxana və mehmanxana tipli müəssisələr, müasir otellərin sayı da getdikcə artır, ölkəyə gələn turistlər üçün yaradılan şəraitin səviyyəsi də ildən-ilə yüksəlir, turistlər üçün yeni imkanlar yaradılır. Bütün bu tədbirlər isə ölkəmizə gələn turistlərin sayına təsirsiz qalmır, bu say ildən-ilə artır. Təkcə 2010-cu ildə Azərbaycana 1 milyon 495 minə yaxın turist gəlib. 2011-ci ilin 6 ayında isə bu rəqəm 1 milyon 16 min təşkil edib.Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə ölkədə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb. 2002-ci ildən başlayaraq Bakıda hər il Beynəlxalq Turizm və “Ümumrespublika Daxili Turizm Sərgiləri”-nin keçirilməsi, həmçinin xaricdə təşkil olunan beynəlxalq turizm sərgilərində ölkəmizin təmsil olunması da turizmin inkişafına təkan verib. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq baxımından bu tədbirlər böyük əhəmiyyət daşıyır. Artıq bir sıra ölkələrin nüfuzlu televiziya kanalları da turizm imkanlarımızı əks etdirən filmlər və reklam çarxları nümayiş etdirilir.Prezident İlham Əliyevin 2011-ci ili Azərbaycanda “Turizm ili” elan etməsi də dövlətimizin bu sahənin inkişafına qayğısının daha bir təzahürü oldu. “Turizm ili”ndə həm Bakıda, həm də bölgələrdə yeni müasir otellər istismara verilib. 2011-ci ildə təkcə Bakıda altı beşulduzlu otel istismara veriləcək. Onlardan biri – “Kempinski Badamdar” otelinin fəaliyyətə başlayıb. Bu otel kompleksi kimi möhtəşəm obyektin inşası Azərbaycanın qarşıya qoyduğu böyük məqsədlərin növbəti əyani nümunəsidir.Ölkəmizin “Avroviziya-2010” yarışmasında möhtəşəm qələbəsi bu sahəyə diqqəti daha da artırdı. Gələn il müsabiqənin Bakıda yüksək səviyyədə keçirilməsi, Azərbaycana gələcək çoxsaylı turistlərin qarşılanması, yerləşdirilməsi, ölkəmizin yüksək səviyyədə tanıdılması üçün indidən böyük layihələrin gerçəkləşdirilməsinə start verilib.Azərbaycanda turizmlə bağlı möhtəşəm layihələrdən biri də Qusarda inşa olunan və regionda analoqu olmayan Şahdağ Qış-Yay Turizm Kompleksidir. 2011-ci il fevralın 27-də Kompleksin 2 nömrəli kanat və xizək enişinin açılışı oldu. Açılışda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etdilər.Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin tikintisinin ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacağına artıq heç kimdə şübhə yoxdur.

Bir həqiqət də odur ki, turizm sahəsində aparılan islahatlar, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın yüksək səviyyədə təbliğidir. Bütün bu uğurların qazanılmasında  isə, təbii ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi  düşünülmüş inkişaf strategiyasının mühüm rolu var.

Комментариев нет: