суббота, 21 октября 2017 г.

Sinif rəhbərinin hüquq və vəzifələri



Sinif rəhbərinin hüquq və vəzifələri orta ümumtəhsil məktəblərinin nizamnaməsində, təhsillə bağlı digər normativ sənədlərdə və qanunvericilik aktlarında müəyyənləşdirilmişdir. Sinif rəhbəri aşağıdakı hüquqlara malikdir:
- Rəhbərlik etdiyi sinifdə fənn müəllimlərinin dərslərində və həyata keçirdikləri tərbiyəvi tədbirlərdə iştirak etmək;
- Şagirdi təlim müvəffəqiyyətinə, intizam və davranışına
görə rəğbətləndirmək, yaxud tənbeh etmək üçün rəhbərliyə və ya müvafiq təşkilatlara təkliflər vermək;
- Valideynləri məktəbə dəvət etmək;
- Şagirdlərin ailələrinə gedib onların ev və iş şəraiti ilə tanış olmaq;
- Sinifdə təlim-tərbiyə işinin vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə direktor və məktəbə hamilik edən istehsalat müəssisə-ləri qarşısında məsələ qaldırmaq.
- Sinif rəhbərinin qarşısında qoyulan dövlət vəzifələrinin ləyaqətlə həyata keçirilməsi üçün ona müəyyən səlahiyyətli hüquqlar verilmişdir.

Sinif rəhbəri valideynləri məktəbə dəvət edərək sinif valideyn iclası (yığıncağı) keçirir və orada şagirdlərin təlim-tərbiyə işlərinin daha səmərəli təşkili üçün zəruri olan məsələləri birlikdə müzakirə və həll edir. Ailə tərbiyəsinin mühüm, aktual mövzuları, ailədə uşaqların təlim-tərbiyəsi işlərinin təşkilinin daha səmərəli və fəal formaları, vasitə və üsulları, şərtləri və s. barədə valideynlərlə vaxtında sistematik olaraq elmi-metodiki söhbətlər edir, məruzə və mühazirələr söyləyir, onları müntəzəm qayda ilə elmi-pedaqoji-psixoloji biliklərlə məlumatlandırır.

Комментариев нет: