Zaqatala
rayon Mamrux kənd tam orta məktəbin VI sinfində 11 oktyabr 2017 ci il tarixində
keçirilmiş sinif təşkilat saatının məruzəsi
Mövzu: Mənim
hüquq və vəzifələrim
Uşaq
Hüquqları Konvensiyası (ing. Convention on the Rights of the Child) — 20 noyabr
1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir.
Uşaq
Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq,
dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş
hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri
olan minimum standartları müəyyən edir.Konvensiyanın ratifikasiya etmiş bütün
dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər.Onlar daimi xüsusi təşkil
edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər
haqda məlumat verirlər.Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci
universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.
Konvensiya
uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını
vurğulayır.Əsasən uşaq hüquqlarının qeyri-formal tədris prosesi vasitəsi ilə
öyrədilməsi üçün yazılmasına baxmayaraq, bu vəsait çox asanlıqla və müvəffəqiyyətlə
məktəblərdə də istfiadə edilə bilər.Bu vəsaitdən istifadə edərək və öz
yaradıcılıq qabiliyyətinizi əlavə edərək siz tədris prosesini lazımi istiqamətə
yönəldə bilərsiniz. Giriş hissədən sonra siz Konvensiya tərəfindən qorunan
hüquqların bölündüyü 4 kateqoriya ilə yaxından tanış olacaqsınız.
Uşaq
hüquqları Konvensiyası 54 maddədən ibarətdir.Onların hər biri ayrı-ayrı
hüquqlar haqda məlumat verir. Bütün hüquqlar 4 geniş kateqoriyaya bölünə bilər:
• İnkişaf hüquqları – bu hüquqlar
uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir.
Bura, məsələn, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirlərə cəlb
edilmə və iştirak etmə, məlumat əldə etmək, azad fikir və din hüquqları aiddir.
• Müdafiə hüquqları – bu hüquqlar
uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu hüquqlar, məsələn,
qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə
cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və seksual
istismar kimi məsələləri əhatə edir.
• İştirak hüquqları – bu hüquqlar
uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır. Bunlar azad
fikir söyləmək, onların həyatlarına təsir göstərən hallarda öz sözlərini demək,
birləşmək və assosiasiyalar əmələ gətirməkdir. Uşaqların bacarıqları inkişaf edərkən
onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli
vətəndaş kimi yetişməkdə onlara yardım edəcək.
• Yaşamaq hüquqları – bunlara
uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları
aiddir; həmçinin adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik
olmaq kimi hüquqlar da bura aiddir.
Комментариев нет:
Отправить комментарий