суббота, 21 октября 2017 г.

Sinif rəhbəri öz işini həyata keçirən zaman diqqət yetirilməsi vacib olan məsələlər



Sinif rəhbərinin işi fənn müəllimlərinin, habelə pedaqoji kol-lektivin digər üzvlərinin işindən özünəməxsusluğuna görə fərqlənir.
Sinif rəhbərinin işinin səciyyəvi xüsusiyyətlərinə aşağıdakılar daxil edilə bilər:
1. Sinif rəhbəri həm rəhbər-tərbiyəçi, həm də müəllim kimi özünü şagirdlərdə təkrar etdirir, mənəvi keyfiyyətlərini öz yetirmə-lərinin mənəviyyatında davam etdirir;
2. Sinif rəhbəri şagirdlərin ictimai həyatda müvafiq mövqe tutmalarına, xalqa fayda verən bir qüvvəyə çevrilmələrinə kömək edir, hər bir şagirdi “yer üzünün əşrəfi” səviyyəsinə qaldırmağa çalışır;
3. Həmin fəaliyyətin son dərəcə çətin və mürəkkəb iş olması;
4. Öz fəaliyyətində müvəffəqiyyət qazanmaq üçün sinif rəhbəri şagirdlərin hamısının yaş və fərdi xüsusiyyətlərini nəzərə almalı, uşaqlara olan tərbiyəvi təsirləri səriştəli dirijor kimi vahid məqsədə yönəltməli, müxtəlif vasitə, yol və üsulların optimal variantlarını tapmalıdır.
5. Tərbiyəvi işdə hazır reseptlərlə işləmək olmaz. Bu sahədə iki eyni hadisəyə təsadüf etmək qeyri-mümkündür. Oxşar hadisələrin özlərinə də eyni cür yanaşmaq eyni nəticə vermir. İşin hər addımında sinif rəhbərindən zəngin erudisiya, böyük yaradıcılıq və pedaqoji səriştə tələb olunur;
6. Fəaliyyətin özünəməxsusluğunun bir cəhəti də bu fəaliyyətin son dərəcə məsuliyyətliliyidir. Uşaqların tərbiyəsində səhvə, məsuliyyətsizliyə yol verilsə, bu bizim gələcək ağrı-acılarımıza səbəb ola bilər. Şagirdlərin hərtərəfli, məqsədyönlü öyrənilməsi sinif rəhbərlərindən zəngin pedaqoji məharət və ustalıq tələb edir. Buna görə də işgüzar sinif rəhbərləri gündəlik yazır və orada təlim-tərbiyə prose-sində rastlaşdıqları maraqlı pedaqoji situasiyaları, faktları müqayisə, təhlil-tərkib edib ümumiləşdirmələr apararaq zəruri pedaqoji nəticə-lər çıxarırlar. Sinif rəhbəri şagird şəxsiyyətini bütövlükdə öyrənməlidir. Çünki şəxsiyyət hisssə-hissə deyil, tam şəkildə formalaşır.
Sinifdə tərbiyənin keyfiyyətini yüksəltməkdə sinif rəhbərinin şagird kollektivindəki fəaliyyətinin bəzi məqamlarını nəzərdən keçirək:
Sinif rəhbərinin fəaliyyətinin xüsusiyyətləri:

1) Sinif rəhbəri məktəbin pedaqoji kollektivində özünəməxsus xüsusi mövqeyə və nüfuza malik şəxsdir.
2) Sinif rəhbəri sinfə aid sənədlərin tərtibinə, şagird kollektivinin təlim müvəffəqiyyətinə cavabdeh şəxsdir
3) Sinif rəhbəri  başçılıq etdiyi sinif kollektivində həm müəllim, həm də  tərbiyəçi-rəhbərdir.
4) Sinif rəhbəri  şagirdlərin təlim-tərbiyəsi məqsədilə məktəb pedaqoji kollektivinin səylərinin əlaqələndiricisidir.
5) Sinif rəhbəri  təşkilatçılıq, rəhbərlik, tərbiyəçilik funksiyalarını nümayiş etdirən, şagirdlər arasında ictimai vəzifə bölgüsü aparan rəhbərdir.
6) Sinif rəhbəri  şagird kollektivini təşkil edən və onları ümumi məqsəd ətrafında birləşdirən rəhbər işçidir.
7) Sinif rəhbəri  şagirdlərin tərbiyəlilik səviyyəsinə görə məsuliyyət daşıyan müəllim-tərbiyəçidir

Buraya daxildir:
-Sinifdəki şagirdlər arasında ictimai vəzifə bölgüsü aparmaq (sinifdəki şagird təşkilatlarının iştirakı ilə), şagirdlərin həmin tapşırıqları müvəffəqiyyətlə icra etmələri üçün onlara məsləhət vermək;
-Sinfin şagird təşkilatlarının işinə pedaqoji cəhətdən düzgün istiqamət vermək, bu təşkilatların fəaliyyətlərini əlaqələndirmək;
-Möhkəm sinif kollektivinin yaranmasına nail olmaq və bu işdə fəalların, şagird təşkilatlarının gücündən səmərəli surətdə istifadə etmək;
-Sinif rəhbəri tərbiyəvi tədbirləri həyata keçirərkən belə bir pedaqoji qanunu əsas götürməlidir: şagirdlərin tərbiyəsi keçirilən tədbirlərin çoxluğu ilə deyil, həmin tədbirlərin şagirdə göstərdiyi təsir gücü ilə ölçülür;
-Sinif rəhbəri özü ilə kollektiv arasında pedaqoji müna-sibətlər formalaşdırarkən aşağıdakı qanundan çıxış etməlidir: sinif rəhbəri şagirdlərin qəlbinə nə qədər dərindən nüfuz edirsə, şagird-lərlə onun arasındakı münasibətlər bir o qədər pozitiv xarakter alır;
-Sinif rəhbəri şagirdlərin həyatının, fəaliyyətinin düzgün təşkilinə nə qədər çox nail olursa, məqsədə doğru gedən yolu bir o qədər qısaltmaq olur. Bəzi alimlər sinif rəhbərinin işindəki aşağıdakı səciyyəvi xüsusiyyətləri göstərmişdir:
-Sinif rəhbəri, hər şeydən əvvəl, öz şagirdləri ilə daimi çoxcəhətli ünsiyyət imkanındadır;
-Sinif rəhbəri şagirdlərin eyni tərkibi ilə uzun müddət işləmək imkanına malikdir;
-Sinif rəhbəri işinin xüsusiyyəti sonsuz dəyişkən konkret şəraitlərdə uşaqların davranış və münasibətlərinin qeyri-standartlığı ilə əlaqədar olmasındadır. Ona görə də iş formalarının müxtəlifliyi, yaradıcılıq və yenilik tərbiyə prosesinin və şagirdlərin öz xüsusiy-yətlərindən doğur;
-Sinif rəhbərinin fəaliyyəti axtaran və düşünən pedaqoqa təşəbbüskarlığını və öz fəaliyyətini maksimum üzə çıxarmaq üçün geniş meydan verir; şagirdlərə aid olan elə bir məsələ yoxdur ki, onun həllində sinif rəhbərinin iştirakı olmadan keçinmək mümkün olsun;
- Sinif rəhbəri bir dirijor kimi şagirdlərlə, valideynlərlə, sinifdə işləyən müəllimlərlə vahid məktəb sisteminin ayrı-ayrı vasitələrinin işini idarə edir və tənzimləyir. Deməli, sinif rəhbərinin məktəbdə fəaliyyəti pedaqoji kollektivin digər üzvlərinin işi ilə müqayisədə özünəməxsusluğu ilə fərqlənir. Sinif rəhbəri şagirdin qəlbinə nə qədər dərindən nüfuz edərsə, şagirdlərlə onun arasındakı münasibətlər bir o qədər pozitiv xarakter alar.

Комментариев нет: