Məktəbdə şagirdləri və sinfi bir vəhdət halında öyrənmək
üçün diaqnostik metodlardan istifadə olunmalıdır. Diaqnostikanın təcrübəsində
istifadə üçün əlverişli olan metodları nəzərdən keçirək:
Müşahidə sinif rəhbərinə şagirdlər haqqında daha çox informasiya toplamağa imkan
verən metoddur. Müşahidə
şagirdin xarici əlamətlərinə, davranış və rəftar tərzinə, mühakimə qabiliyyətinə
və nitq mədəniyyətinə görə təzahür edən xüsusiyyətlərini üzə çıxar-maqdan ibarət
olan tədqiqat üsuludur. Müşahidə metodu məhsuldar metod olub, hadisələri nəinki
təsvir etməyə, eləcə də izah etməyə imkan verir. Odur ki, sinif rəh-bərləri
müşahidəni mütəşəkkil və ardıcıl surətdə təşkil etməlidirlər. Ona görə ki,
müşahidə və onun nəticələrinin təhlili onlardan obyektivlik tələb edir.
Müşahidə üçün plan tutulur, nəyi və necə müşahidə etmək
məsələləri planda əks etdirilir. Fakt və hadisələri, şagird davranışının müsbət
və mənfi tərəfləri müşahidə edilir və müəyyən nəticələr çıxarılır. Sinif rəhbərləri
şagirdlərin rəftar və hərəkətlərini, keçirtdikləri emosional halları ətraflı
öyrəndikdən sonra onun psixi vəziyyəti haqqında nəticə çıxarmalıdırlar. Müşahidə
diaqnostik vasitə işində ən əsas yerlərdən birini tutur. Hətta “çətin” tərbiyə
olunan uşaqlarla aparılan tərbiyə işində də pedaqoji müşahidə üstünlük təşkil edir. Bunun bir neçə
səbəbi vardır:
- Birincisi, pedaqoji müşahidə uşağın həyat fəaliyyətində
təbii şəraiti nəzərə alır;
- İkincisi, peqaqoji müşahidə diaqnostikanın
gizli formasıdır, bu zaman uşaq bir obyekt kimi pedaqoji yoxlamaya məruz qaldığını
hiss etmir;
- Üçüncüsü, pedaqoji müşahidə uşağın həyata
münasi-bətlərinin bütün sahələrini birbaşa əhatə etməyə şərait yaradır;
- Dördüncüsü, müşahidələr bu və ya digər münasibətin
üzə çıxması üçün müxtəlif situasiyalar təklif edir;
- Beşincisi, pedaqoji müşahidə dəyişən münasibətlərin
dinamikasını laboratoriya metodlarından fərqli olaraq əks etdirir.
Təcrübədə sinif rəhbərlərinin “çətin”
tərbiyə olunan uşaqlarla apardıqları işdə əsas səhvləri onların davranışına
lazımi diqqət yetirməmələridir. Sinif rəhbərləri şagirdlərin pis davranışlarını
qeyd edərək, səylərini bu hərəkətlərin düzəldilməsinə yönəldir, başqa
formalarını isə düzəlişsiz və inkişafsız qoyurlar. Münasibətlərin yaranması
formaları o zaman real münasibət göstəriciləri hesab olunar ki, onlar pedaqoji
müşahidəyə aid olsun.
Bunlar aşağıdakılardır:
Nitq göstəriciləri: “nə dedi?”, “bunu necə ifadə etdi?”;
Mimika göstəriciləri: “necə görünürdü?”, “necə baxdı?”
Praktik göstəricilər: “bu zaman özünü necə hiss etdi?” ;.
Reaksiya vermə davranış göstəriciləri:
“bunu necə etdi?”
Xarici görünüşü: “xarici görünüşü necədir?” və s.
Pedaqoji müşahidə zamanı uşaqların təbii
həyat şəraitinin məqsədli qavrayışı, münasibətlərin çoxsaylı göstəriciləri təhlil
və qeyd edilir. Göstəriciləri qeyd edərkən, sinif rəhbərləri pedaqoji müşahidə
zamanı öz obyekti kimi onları deyil, tərbiyəlilik əlamətlərini nəzərə
almalıdırlar. Göstəricilər uşağın iradəsindən və şüurundan asılı olmayaraq onun
obyektə qarşı real münasibətini əks etdirir. Ətraf mühitə adi reaksiya verərək,
şagird davranışın xarici görünüşündə müəyyən obyektə münasibətini göstərir. Pedaqoji müşahidənin diqqət mərkəzində həmişə münasibət obyekti
dayanır, o, çoxsaylı göstəricilərin təhlili sayəsində üzə çıxır. Əgər sinif rəhbəri
bilmək istəyirsə ki, uşaq özünü nə üçün pis aparır, bu zaman o, şagirdin fiziki
və psixoloji vəziyyətinin üzə çıxmasından başqa, şagirddə hansı obyektə qarşı
neqativ hərəkətlərin gizləndiyini də təyin etməlidir. Münasibət obyektini müəyyən
edərkən müəllim öz təxminində əmin olmalıdır. Bundan sonra diaqnozlaşdırmanın
xüsusi metodikalarına keçmək lazımdır. Müşahidə zamanı sinif rəhbəri öz təəssüratlarını
dəqiqləşdi-rərkən uşaqlara belə yardımçı suallar verir: “Siz istərdinizmi..?”,
“Siz necə fikirləşirsiniz..?” Bəzən bu cür dəqiqləşdirici suallar diaqnostikaya ehtiyacı aradan
qaldırır, yəni uşaqlar açıq şəkildə öz meylləri və dəyərləndirdikləri barədə məlumat
verirlər. Müşahidədə hadisələr, faktların təsvirləri, şagirdlərin davranış
xüsusiyyətləri öz əksini tapmalıdır. Tərbiyə metodikası müşahidə-nin məqsəd və
obyektinin təyinini (hansı keyfiyyət və xüsusiyyətləri öyrənmək lazımdır), eləcə
də nəticələrin uzunömürlülüyü və təsbitetmə bacarığını da tələb edir. Məsələn;
sinif rəhbəri öz müşahidələrini sinifdənxaric və məktəbdənkənar işlər zamanı
apararaq (sinfin təmizliyi və ya məktəb tədbiri zamanı) ayrı-ayrı kartoçkalara
qeyd edə bilər. Müşahidə sinif rəhbərinə şagirdi təbii şəraitdə görmək imkanı
yaradır.
Sinif rəhbərinə gündəlik tutmaq və
orada müşahidənin qeyd-ləri üçün yer saxlamaq tövsiyə olunur. Vaxtilə öz
şagirdləri haqqın-da qeydlər aparan müəllimlər müşahidə ustaları olmuşdur.
Anket və digər sorğu metodları şagirdlərin şəxsi keyfiyyət-ləri,
dəyərləri, qarşılıqlı münasibətləri, fəaliyyət sahələri haqqında müxtəlif məlumatlar
verir. Anket sorğusunun tərtib edilməsi asan iş deyil. Bu sinif rəhbərindən həm
şagird fəaliyyətinin keyfiyyətinin siyahısını, həm də onun haqqında lazım olan
digər məlumatların müəyyənləşdirilməsini tələb edir.
Anket sualları anlaşıqlı, aydın,
uşaqların yaş və bilik səviyyə-sinə cavab verməlidir. Onların sayı çox
olmamalıdır. Anketləşdirmə asan əldə edilən məlumatların tez toplanmasına şərait
yaradır. An-ketdən istifadə zamanı sorğunun çatışmazlığı da mümkündür. Belə ki,
cavablar həmişə geniş, dəqiq və səmimi olmaya bilər. Anket sorğusu müxtəlif məqsədlər
üçün təşkil edilir. Şagirdlər nəyi və necə mütaliə edirlər?Asudə vaxtdan necə
istifadə edirlər? Məsuliyyət və münasibət anlayışlarını necə qəbul edirlər? Şəxsiyyətlərarası
münasibətləri necə başa düşürlər? Vətənə xidməti necə başa
düşür və nədə görürlər? İdman sahəsində qazanılan nailiyyətlər səndə nə kimi
hisslər yaradır?
Anketlər vasitəsi ilə şagirdin ümumi görüş dairəsini, mütaliə səviyyəsini
respublikamızda, habelə dünyada baş verən hadisələrə necə münasibət bəslədiyini,
milli ləyaqət və dəyanəti necə başa düş-düyünü, görkəmli şəxsiyyətlərin həyat və
fəaliyyətini öyrənməyə münasibətini və s. kimi məsələləri öyrənmək olar. Sinif
rəhbəri üçün şagirdlərin istəklərini, idraki maraqlarını vaxtında öyrənmək
vacibdir ki, onları işdə tətbiq edə bilsin. Formasına görə anketlər açıq (şagird
cavabı sərbəst qeyd edir, öz fikirlərini yazır) və qapalı (verilmiş
cavabların arasından uyğun variantı seçir) olur.
Açıq suallara verilən tələblər aşağıdakılardır:
- Sualın qoyuluşunun qrammatik cəhətdən düzgün olması;
- Sualın kifayət qədər aydın və yığcam olması, çətin
sözlər-dən istifadə olunmaması;
- Sualda kifayət qədər daha çox məlumatın olması;
- Sualdan nəyin gözlənildiyinin araşdırılması;
- Açıq sualların relevantlıq baxımından müəyyənləşdirilə
bilən sahəyə-bacarığa aid olması;
- Sualın yalnız müvafiq (relevantlıq)bacarıq vasitəsilə
cavablandırmaya aid olması;
- Sualın aldadıcı olmaması-sualın mənanı tutmaqla,
cavab-landıra bilən olmaması;
- Şagirdlərin yaş, bilik və dünyagörüşlərinə
müvafiqliyi;
- Sualların aidiyyəti olmayan məlumatın hesabına
artırılmaması və s.
Açıq suallar aşağıdakı formada təqdim
olunmalıdır:
- Suallar və onun hissələrinin seçilə bilən olması;
- Sualların nömrələnməsinin aydın olması;
- İşarələrdən qaydalara – ənənəyə uyğun olaraq istifadə
olunması;
- Şəklin, cədvəlin və s. qrafik cəhətdən düzgün olması;
- Şəkillərə, cədvəllərə istinadların düzgün olması və s.
Bir neçə cavab variantlı sualların
üstün cəhətləri aşağıdakılardır:
- Məzmunla bağlı nümunənin daha
geniş çeşidli olması;
- Balların hesablanmasının nisbətən
aşağı olması;
- Balların hesablanmasının obyektiv
olması;
- Şagirdin vaxtdan səmərəli istifadə
etməsi;
- Yazmaq bacarığının tələb
olunmaması;
- Mexaniki bal hesablanmasının
mümkün olması və s.
Bir neçə cavab variantlı sualların
qoyuluşu aşağıdakılar-dan ibarət olmalıdır:
- Aydın sual və tapşırığın olması;
- Suala cavab vermək üçün anlaşıqlı və müvafiq məlumatın
olması;
- Qrafik cəhətdən sualın düzgün tərtib olunması və s.
Şagirdləri öyrənmək üçün sorğuya nisbətən
daha asan üsul müsahibədir. O, standartlaşdırılmış və sərbəst ola bilər.
Müsahibə şagirdin özü, müəllimləri, yoldaşları, valideynləri ilə
aparılır. Müsahibədə məqsəd şagird haqqında başqa adamların fikirlərini öyrənməkdir.
Müsahibə zamanı verilən suallara
alınan cavabları qeydə almaq lazım deyil. Birinci halda əvvəlcədən düşünülmüş
suallar müəyyən ardıcıllıqla verilir ki, asan söhbət alınsın. Sərbəst söhbət
daha dəqiq, geniş məlumatların alınması məqsədilə sualların şəklini dəyişməyə şərait
yaradır. Amma bu iş müəyyən səriştə tələb edir.
Psixoloqlar açıq suallar verməyi
tövsiyə edirlər ki, sərbəst, geniş cavablar almaq mümkün olsun.
Söhbət də müşahidə kimi şagirdi tanımaq üçün daha təbii
üsuldur. Sinif rəhbəri əvvəlcə müəyyən etməlidir ki, o şagirdi nə üçün öyrənmək
istəyir və bu haqda ondan necə soruşmaq olar. Söhbəti səmimi aparmaqla şagird və
kollektiv haqqında düzgün və dəqiq məlumat əldə etmək mümkündür.
Şagirdlərin fərdi xüsusiyyətlərinin
öyrənilməsi üçün sənədlərin (kitabxana, tibb kartoçkası) və yaradıcılıq
işlərinin (inşalar, şəkillər) təhlilindən istifadə oluna bilər. Şagirdlərin
yaradıcılıq məhsullarının (əl işlərinin, imla, ifadə, inşa, texniki yaradıcılıq
işləri) öyrənilməsi şagird haqqında müəyyən fikir söyləməyə imkan yaradır. Son
illər şagirdlərə sərbəst mövzularda inşalar yazdırmağa ədəbiyyat müəllimləri
daha çox üstünlük verirlər. Məsələn; “Milli dəyərlərimiz sərvətimizdir”,
“Torpaq uğrunda ölən varsa, vətən-dir” və s. Bu kimi mövzularda yazılmış
inşaları təhlil edərkən mümkün qədər şagirdlərin adi günlərdə özlərini necə
aparmalarına da diqqət yetirmək lazımdır.
Yaxşı inşa yazmaq, tank modeli düzəltmək,
müxtəlif mövzularda rəsm əsərləri çəkmək hələ şagirdin daxili dünyasının öyrənil-məsi
demək deyildir. Çünki Vətəni qorumaqdan danışmaq hələ vətənpərvər olmaq demək
deyildir. Ona görə də sinif rəhbərləri şagirdlərin sözləri ilə əməli işləri-nin
vəhdətinə diqqət yetirməlidirlər. Şagirdləri daha ətraflı və dərin-dən öyrənmək,
onların tərbiyəlilik səviyyəsini aşkar etmək üçün sı-naq yoxlama yazı işlərindən
istifadə edilir. Sinifdə qarşılıqlı müna-sibətlərin yaranması və şəxsi keyfiyyətlərin
üzə çıxması üçün həm də sosiometriyadan istifadə edilməlidir.
Psixoloji diaqnostikada üç növlü
psixodiaqnostik metod geniş vüsət almışdır. Şəxsiyyətin keyfiyyətinin müəyyənləşdirilməsinə
is-tiqamətlənmə onların əsas xüsusiyyətidir. Testlər etibarlılıq və vahidlik tələblərinə
uyğun gəlməlidir.
Test standartlaşdırılmış sınaqdır, tədqiqatçını
maraqlandıran xüsusiyyəti üzə çıxaran və ölçüb-biçən “cihazdır”. Diaqnostika
zamanı bir qrup testlər şagirdlərin uğurları və bacarıqları haqqında fikir yürütməyə
şərait yaradır.
Burada intellekt və şəxsiyyət, xüsusi
qabiliyyət və nailiyyət testləri də vardır. İkinci qrupda aparılan
diaqnostika özünütəsvirə və sual kitabçalarında əksini tapan suallara verilmiş
cavablara əsaslanır. Üçüncü qrup isə layihələşdirilmiş metodikalardır.
Layihələşmiş testlərin bəzilərindən: tamamlanmış bütöv cümlələrdən,
hekayə, əhvalat metodundan, hansısa hadisənin, situasiyanın
aydınlaşdırılmasından, rəsmin çəkilməsi, yaxud tamamlanmasından, vəziyyətin öyrənilməsindən
sinif rəhbərləri istifadə edə bilərlər.
Məktəbdə diaqnostika işləri planlı və
sistemli şəkildə aparılmalıdır. Sinif rəhbəri bu işləri məktəb psixoloqu ilə əməkdaşlıq
edərək yerinə yetirə bilər. Sinfin həm ümumi pedaqoji diaqnostikasını, həm də
şagirdlərin iştirakının şəxsi aspektlərə yönəldilmiş diaqnos-tikanı keçirtmək
tövsiyə olunur. Yaxşı olar ki, qabaqcadan şagirdləri öyrənmə proqramı
hazır-lansın. Sinif rəhbərlərinin əksəriyyəti gündəlik eksperiment aparırlar.
Eksperimentin məqsədi şagirdlərin fakt və hadisələrə münasibətlərini öyrənmək,
onları sınaqdan keçirməkdir. Pedaqoji eksperimentin bir neçə növü var. Bunlar
adətən, təbii və laboratoriya eksperimentidir. Təbii eksperiment
zamanı şərait dəyişmir, sadəcə olaraq, məktəblinin hərəkəti, davranışı nəzarətdə
saxlanılır.
Təbii eksperiment elə müşahidədir ki, bu tərbiyə
prosesində baş verən dəyişikliklər sistemli şəkildə öyrənilir. Bu zaman müşahidəçi
şagirdlərin fəaliyyətinə müdaxilə edir.
Pedaqoji eksperiment zəruri məlumatları və faktları, fərziyyələri
əvvəlcədən dəqiq müəyyən etməyi, konkret şəraiti nəzərə al-mağı tələb edir. Pedaqoji eksperiment vasitəsi ilə
şagirdlərin tərbiyəsinin səviyyəsini, müxtəlif həyat və fəaliyyət şəraitində
onların qarşılıqlı əlaqələrini, əməyə, təbiətə, adamlara münasibətlərini aşkar
etmək, müxtəlif həyati situasiyalarda onların özlərini necə aparmalarını, müstəqilliyini,
təşəbbüskarlığını və fəallıqlarının inkişaf dinamikasını öyrənmək olur.
Bu mənəvi keyfiyyətlər tam, bütövlükdə
formalaşır. Sinif rəhbəri şagirdləri hərtərəfli öyrənməlidir. Böyük rus
pedaqoqu və psixoloqu K.D.Uşinski deyirdi ki, “tərbiyəçi insanı həqiqətdə
olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün kiçik
ehtiyacları və eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır”. Sinif rəhbəri
şagirdləri fəaliyyətin bir çox növlərinə, müxtəlif həyat şəraitinə cəlb edərək,
özü üçün kəşflər edir, şagirdlər haqqında öz bilik və təsəvvürlərini zənginləşdirir.
Sinif rəhbəri şagirdləri öyrənərkən obyektivliyi gözləməlidir. Şagirdləri öyrənən
sinif rəh-bəri müqayisə və ümumiləşdirmələr apararaq onlar haqqında düzgün nəticəyə
gəlməlidir.
Sinif rəhbərləri şagirdləri öyrənərək
tərbiyə etməli, tərbiyə edərək öyrənməlidirlər. Sinif rəhbəri şagirdləri nə qədər
yaxşı, dəqiq tanıyarsa, onun pedaqoji tərbiyə sistemi bir o qədər ardıcıl və
konkret, tərbiyə fəaliyyətinin nəticələri o qədər məhsuldar olar.
Sinif rəhbərləri şagirdləri öyrənərkən
onların sağlamlığına xüsusi diqqət yetirməlidir. Bunu şagirdlərin müasir həyat
tərzi tələb edir. Ona görə ki, yeniyetməlik dövründən başlayaraq şagirdlərin həyat
tərzinə müxtəlif amillər təsir edir. Sağlam həyat tərzi şagirdlərin
sağlamlığının təmin edilməsində böyük rol oynayır. Şagirdləri içkilərdən,
narkotik maddələrdən qorumaq vacibdir. Bu işdə sinif rəhbəri həkim və fiziki mədəniyyət
müəllimi ilə əməkdaşlıq etməlidir. Sağlam həyat tərzinin təşkili üçün sinif rəhbəri
şagirdlərin gün rejiminə, tibbi müayinədən keçmələrinə xüsusi diqqət yetirməlidir.
Sinif rəhbəri şagirdlərin fərdi kartoçkalarını tez-tez nəzərdən keçirməli,
onların profilaktik peyvəndlərdən keçmələrini təşkil etməli, onların həddindən
artıq yüklənmə hallarına qarşı mübarizə aparmalıdır. Şagirdlərin məqsədyönlü,
müntəzəm və hərtərəfli öyrə-nilməsi fərdi yanaşmanın zəruri şərtidir. Çünki hər
bir şagird özlüyündə bir dünyadır. Hər bir şagirdin özünəməxsus fərdi-psixoloji
xüsusiyyətləri vardır. Temperament və xarakterin mənəvi və iradi qabiliyyətlərin,
formalaşmış şəxsi təcrü-bənin öyrənilməsi hər bir uşağın özünəməxsus fərdi
xüsusiyyətləridir. Şagird və kollektivlər haqqında məlumat toplamaq, tərbiyə
prosesini optimallaşdırarkən işin nəticələrini müntəzəm şəkildə qeydə almaq,
yeri gəldikcə tərbiyə prosesinə düzəlişlər etmək xüsusi əhəmiyyətə malikdir.
Sinif rəhbəri yalnız öz işini yaxşı
planlaşdırmaqla kifayətlənməməli, həm də onun nəticələrini qeydə alıb, habelə təhlillər
aparmalı, müqayisə edib nəticələr çıxarmalı, müsbət və çatışmayan cəhətləri
aşkar edib konkret tədbirlər görməyi bacarmalıdır.
Комментариев нет:
Отправить комментарий