суббота, 21 октября 2017 г.

Sinif rəhbərinin şagirdlərlə apardığı praktik işlərin həyata keçirilməsi yolları



Sinif rəhbəri hər bir şagirdi dərindən və hərtərəfli öyrənməsə, sinfə müvəffəqiyyətlə rəhbərlik edə bilməz. Sinif şagirdlərini öyrənməyin əsas metodlarına aiddir:
- Kollektivin praktik fəaliyyəti prosesində şagirdlərin davranışını, əhvalını müşahidə etmək;
- Şagirdləri gəzinti, birgə işdən sonra, istirahət, turizm yürüşləri şəraitində öyrənmək;
- Şagirdlərin müəyyən mövzular üzrə xüsusən də sərbəst mövzulara aid yazdıqları inşalarından istifadə etməklə onları öyrənmək;
- Şagirdləri disputlar, etik söhbətlər, iclas və konfranslar,
kitab müzakirəsi, kinofilmlər, teatr tamaşaları və s. üzrə ən müxtəlif iş növlərinə cəlb etməklə öyrənmək;
- Şagirdləri müxtəlif məsələlərə aid aparılan xüsusi söhbətlərlə: şagirdlərin əməyi, öz valideynlərinə, məktəbə, yoldaşlarına münasibətini aydınlaşdırmaqla, şagirdin bu və ya başqa hadisəni necə qiymətləndirdiyini, onun baxışlarında nəyə səy göstərdiyini aşkar etməklə öyrənmək.

Məlumdur ki, şagirdlərin dərslərini müvəffəqiyyətlə, əla və yaxşı oxuması üçün onların bütün dərslərə müntəzəm davam etməsi vacibdir. Əgər şagirdlər il ərzində bütün fənlər üzrə dərslərə və başqa təlim məşğələlərinə müntəzəm, ardıcıl davam etməsələr, tez-tez dərslərə gəlməsələr, o zaman onlar tədricən təlimdə geriləyib zəif oxuyar, ayrı-ayrı fənlər üzrə dərslərindən “pis” (”2”) qiymətlər alar və bəzən də iki il bir sinifdə qalmalı və oxumalı olarlar.
Bunun əsas səbəbi odur ki, tədris proqramlarının tələbi ilə hər bir fənn üzrə mövzular və elmi biliklər dərslərdə şagirdlərə sistematiklik və ardıcıllıq prinsipi əsasında öyrədilir və mənimsədilir. Şagird dərsdə iştirak etmədikdə, dərslərdə keçirilən mövzuları və bilikləri müəllimin izahatı əsasında dinləmədiyi üçün, onu sonra özü oxusa da, yenə tam aydın başa düşmür. Bu zaman şagirdin biliyində müəyyən kəsir yaranır, bu kəsir isə gündən-günə artır, nəticədə şagirdin təlimdə vəziyyəti çətinləşər. Belə vəziyyətin yaranmaması üçün sinif rəhbəri şagirdlərin dərslərə müntəzəm davam etməsinə xüsusi fikir verir, sinfindəki şagirdlərin üzrsüz dərs ötürmələrinə qarşı ciddi səylə mübarizə aparır. İlk növbədə, o, hər gün şagirdlərin dərslərə davamiyyətini xüsusi olaraq izləyir və yoxlayır.

Sinif rəhbəri həftənin müəyyən günlərində sinif jurnalını nəzərdən keçirərək, müntəzəm qayda ilə dərslərə gedib şagirdlərdən kimin gəlib gəlmədiyini, dərslərdə sistematik iştirak etmədiyini müəyyən edir, həm də onun tapşırığı ilə sinif nümayəndəsi müəyyən vaxtlarda kimin hansı gün, hansı saat dərsdə olmaması və yaxud dərsdən qaçması barədə ona dəqiq məlumat verir. Sinif rəhbəri dərsə gəlməyən, xüsusən də 2-3 gün və daha çox müddət dərslərdə iştirak etməyən şagirdlərin ailəsinə bu barədə mə-lumat verir, valideynləri xəbərdar edir. O, mütləq valideynlə müəyyən əlaqə saxlayıb onu məktəbə çağırtdırır. Bundan sonra o, valideynlərə və üzrsüz dərsə gəlməyən həmin şagirdlərə müəyyən təsir göstərir. Sinif rəhbəri dərslərə müntəzən gəlməyən, tez-tez dərs ötürən uşaqlara şagirdin təlim vəzifələrini, dərslərə müntəzəm gəlmə-yin əhəmiyyətini izah edir və beləliklə də onlarda təlimə maraq və məsuliyyət hissini artırmağa çalışır. Təlim müvəffəqiyyəti uğrunda mübarizədə dərslərindən geri qalan, zəif oxuyan və “2” qiymət alan şagirdlərə qayğı və kömək göstərmək, onlarla bütün dərs ili ərzində müntəzəm qayda üzrə əlavə işləmək sinif rəhbərinin mühüm bir vəzifəsidir. Təlimdə geri-qalmanı vaxtında tez görmək və onun əsas səbəbini müəyyən etmək və onun qarşısını almaq çox mühüm şərtdir və vacibdir. Sinif rəhbəri sinif jurnalı və şagird gündəliklərində olan qiymətləri nəzərdən keçirib yoxlayarkən kimlərin hansı fənlərdən irəlilədiyini və kimlərin də gerilədiyini müəyyən edir və bu zəmin əsasında hansı şagirdlərlə hansı fənn müəlliminin köməyi ilə işləmək lazım gəldiyini müəyyənləşdirir. Bundan sonra o, həmin geridə qalan tək-tək şagirdlər haqqında ayrı-ayrı fənn müəllimləri ilə xüsusi müsahibə aparıb, hər bir şagirdin hansı fəndən zəif oxumasının səbəbini öyrənir və birlikdə həmin şagirdlərə müəyyən əməli qayğı və köməklik göstərmək üçün bəzi faydalı tədbirlər görürlər: fənn müəllimi dərsdə şagirdə diqqəti və qayğını artırır, onu diqqətlə dərsə fikir verməyə təhrik edir, onun üçün əlavə məşğələlər təşkil edir, onu dərsdə fəallaşdırmağa çalışır. Bundan əlavə, sinif rəhbəri və fənn müəlliminin birgə rəyi ilə şagirdlərə dərslərini öyrənməkdə sinfin bəzi qabaqcıl, əlaçı şagird-lərinin yoldaşlıq köməyi təşkil edilir. Ona evdə əlverişli təlim şəra-iti, dərslərini vaxtlı-vaxtında öyrənməsi üçün valideynlərinin nəza-rəti, qayğısı və əməli köməyi təmin edilir. Tənbəl şagirdlərlə xüsusi, fərdi tərbiyəvi söhbətlər aparılır və onların təhsilin əhəmiyyətini yaxşı dərk etməsinə və bu yolla təlimə marağının və səyinin artırılmasına ciddi, hərtərəfli təsir göstərilir. Şagirdlərin dərslərindən əla və yaxşı oxuması, habelə təlim işində yüksək müvəffəqiyyət qazanması üçün onların ev tapşırıqlarını müntəzəm həll etmələri vacibdir. Bu zəruriyyətə görə, sinif rəhbəri öz sinfində şagirdlərin evə verilən təlim tapşırıqlarının müəyyən normada verilməsinə xüsusi nəzarət etməlidir. Çünki bəzi müəllimlər tədris etdiyi öz fənnini yaxşı öyrətmək məqsədi ilə bir-birindən xəbərsiz şəkildə evə təlim tapşırıqlarını həddən çox verir və nəticədə şagirdlər ev tapşırıqları ilə yüklənirlər. Bunun nəticəsində həftənin bəzi günlərində təlim tapşırıqları çoxlu miqdarda və ağır olduğu üçün şagirdlər çətinliyə düşür, əla və yaxşı oxuyanlar bu tapşırıqlar üzərində gün ərzində uzun müddət gərgin işləməli olur, bir sözlə, özlərini fiziki cəhətdən üzürlər. Orta və zəif oxuyanlar qorxub çox vaxt çətin dərslərin öyrə-nilməsinə, dərs tapşırıqlarını yerinə yetirmək işinə ya gücləri çatmadığından onları yarımçıq, səthi icra edir, bəzilərini öyrənib, həll edib yerinə yetirir, bəzilərini isə heç yerinə yetirmir, hətta öyrənmir və hazırlamırlar. Sinif rəhbəri şagirdlərə ev tapşırıqlarının normadan artıq verilməsinin qarşısını almaq məqsədilə öz sinfində dərs deyən ayrı-ayrı fənn müəllimləri ilə il ərzində həmişə sıx əlaqə saxlamalı və onların hamısından dövlət sənədlərində nəzərdə tutulan norma üzrə şagirdlərə ev tapşırıqlarının verilməsini tələb edir, bu istiqamətdə onların arasında vahid xətt-hərəkət yaratmalıdır, habelə bu məqsədə mütləq nail olmalıdır. Bununla bərabər, sinif rəhbəri bu sahədə şagirdlərə başqa formada da qayğı göstərir, dərs mövzuları və materialları, ev tapşı-rıqları üzərində səmərəli işləmək yollarına dair onlarla müəyyən vaxtlarda xüsusi müsahibələr keçirir, onlara faydalı məsləhətlər verir, sərfəli qaydalar öyrədir. Şagirdlərdə təlimə məsuliyyət hissinin yaradılması və tərbiyə edilməsində şagird gündəliklərinin müəyyən əhəmiyyəti vardır. Gündəliyin olması şagirdi məsuliyyətli olmağa təhrik edir. Buna görə də sinif rəhbəri sinifdə bütün şagirdlərin gündəliyinin olmasının və onun səliqəli aparılması qayğısına qalır, onun əhəmiy-yətini şagirdə aydın başa salır, şagirdləri gündəliyi təmiz yazmağa, səliqəli saxlamağa və aparmağa tərhik edir. Bəzən isə o, zəruri hallarda şagirdin təlim fəaiyyəti, müvəffəqiyyəti və vəziyyəti, dərsə davamiyyəti və s. barədə gündəlik vasitəsilə valideynlərə müəyyən siqnallar verir, orada valideynlərin-ata-anaların nəzərinə bəzi konkret məlumatlar, dəqiq qeydlər yazır və onlara çatdırır. Məsələn; pedaqoji ədəbiyyatda tövsiyə edildiyi qaydada gündəlikdə bu məzmunda qeydlər yazmaq olar: “Elçin son günlərdə birinci dərslərə gecikir” və s. Bütün müəllimlər şagirdlərdən dərs soruşduqda, onların qiymətini mütləq jurnala və gündəliyə yazmalıdır. Bu sinif rəhbərinin və valideynlərin şagirdlərin təlim müvəffəqiyyətinə nəzarət etməsi üçün vacibdir. Bu eyni zamanda şagirdlərdə təlimə məsuliyyəti artırır. Şagirdlərin dərsə hazırlaşması və təlim tapşırıqlarını müvəf-fəqiyyətlə icra etmələri üçün, onların gün ərzində müəyyən rejim üzrə işləməsinin və evdə normal şəraitinin, xüsusi iş guşəsinin olmasının əhəmiyyəti böyükdür. Məktəbli üçün ailədə müəyyən bir otaqda xüsusi iş guşəsinin yaradılması və orada məktəblinin boyuna müvafiq iş stolu, stulunun qoyulması və onun bütün dərs kitabları, tədris ləvazimatları ilə təmin edilməsi şagirdin dərslərini və başqa təlim tapşırıqlarını sakit bir guşədə rahat öyrənməsinə, normal şəraitdə müvəffəqiyyətlə icra etməsinə əlverişli imkan yaradır. Eləcə də, məktəblinin gün ərzində dəqiq rejim qaydası ilə yaşaması və işləməsi, onun gün ərzində sistematik qayda ilə müəyyən dəqiq vaxtlarda evdə təlim tapşırıqlarını, dərslərini öyrənməsi və icra etməsi, müəyyən vaxtlarda açıq havada gəzməsi, idmanla məşğul olaraq istirahət etməsi və normal yatması məqsədəuyğundur. Şagirdlər zehni və fiziki əmək məşğələlərini düzgün növ- bə-ləşdirdiyi üçün bu məşğələlərin birindən digərinə keçəndə fəal istirahət edir, zehni cəhətdən çox yaxşı qavrayır və şən əhval ruhiyyəli olurlar. Bu hal şagirdlərin növbəti dərslərini asan və tez mənimsəməsinə, yaxşı başa düşməsinə, evə verilən təlim tapşırıqlarını tez və müvəffəqiyyətlə yerinə yetirmələrinə çox kömək edir və müsbət təsir göstərir. Lakin bəzi ailələrdə bu mühüm məsələyə ciddi əhəmiyyət verilmir. Sinif rəhbəri təlim uğrunda mübarizə apararkən şagirdin gün ərzində dəqiq rejim ilə işləməsinə və onun üçün evdə iş guşəsi təşkil olunması məsələsinə xüsusi diqqət yetirir və normal təşkilinə nail olmağa çalışır. Bu niyyətlə o, gündəlik rejim və iş guşəsinin zəruriyyəti və əhəmiyyətini tədris ilinin əvvəlində sinif iclaslarında şagirdlərə, valideyn yığıncaqlarında isə valideynlərə izah edir, həm də vaxtaşırı bu mövzularda söhbətlər aparıb, bunların faydalı olmasını onlara aydın dərk etdirir. Bununla bağlı o, vaxtaşırı şagird və valideynlərə lazımi məsləhətlər verir, tövsiyələr edir. Bunlardan başqa, sinif rəhbəri sinifdəki şagirdlərin təlim müvəffəqiyyətlərini, ayrı-ayrı fənlərə necə münasibət göstərdiyini və fəallığını öyrənmək üçün müntəzəm qayda ilə müxtəlif vaxtlarda dərslərə, laborator və praktik məşğələlərə gedib şagirdləri müşahidə edir, vəziyyəti öyrənir və müəyyən məlumatlar toplayır. Bu əsasda şagirdlərə yenidən təsir göstərərək onları təlim uğrunda mübarizəyə istiqamətləndirməyə və təhrik etməyə çalışır. Sinif rəhbərinin mühüm işlərindən biri də şagirdlərinin mərkəzləşdirilmiş imtahanlara daha səmərəli hazırlaşmasına düzgün təlimat və istiqamət verməkdən, onların yüksək səviyyədə müvəffəqiyyətlə imtahanlar verməsinə nail olmaqdan ibarətdir. O, bu işləri də səmərəli təşkil etməyə və şagirdlərin imtahanlarının uğurlu, müvəffəqiyyətlə nəticələnməsinə nail olmağa çalışır. Tədris ilinin sonuna yaxın dövrdə isə sinif rəhbəri yayda öz üzərində işləmək və “2” qiymət aldığı fəndən yenidən imtahan vermək üçün “məcburi təlim tapşırığı” alan şagirdlərə xüsusi qayğı və kömək göstərir, onlarla almış olduqları təlim tapşırıqları üzərində səmərəli işləməyə dair fərdi müsahibələr aparır, həmin şagirdlərə və onların valideynlərinə bu sahədə xeyirxah, faydalı məsləhətlər verir, düzgün yollar və istiqamətlər göstərir.

Комментариев нет: