суббота, 14 октября 2017 г.

Valideyn iclasları

                                                    
                                 1 saylı valideyn iclası 
03 oktyabr 2017- ci il tarixində  1 saylı    valideyn  iclası keçirildi. İclasın mövzusu " təlim keyfiyyətinin yüksəldilməsində valideynin rolu" olmuşdur.
İclasda sinif rəhbəri S. Həsənov, təşkilatçı T. Mahmudova , psixoloq M. Həsənov və valideynlər iştirak etdilər. İclasın sədri: T. Mahmudova katibi  : P. Sulxayeva təyin olundu. Çıxış edənlər şagirdlərin və valideynlərin hüquq və vəzifələri, ailə tərbiyəsinin düzgün qurulmasının şəxsiyyətin formalaşmasında rolu,  məktəblə daha sıx əlaqə qurmagın yolları,  müəllimlərlə birgə həyata keçirilməsi zəruri olan mühüm məsələlər,  ailədə saglam psixoloji mühitin şagirdlərin formalaşmasında rolu və digər məsələr müzakirə edildi.  Valideynlər valideyn-məktəb əlaqələrinin səmərəli qurlumasında əlindən gələni edəcəyini bildirdilər.
           Ümumilikdə iclasda çıxış edən bütün valideynlər uşaqlarının təhsili üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazır olduqlarını bildirdilər.
        



2 saylı valideyn iclası
          Zaqatala rayon Mamrux kənd tam orta məktəbinin VI sinfində
      24 noyabr  2017- ci il tarixində  2 saylı    valideyn
      iclası keçirildi. 
İştirak edir: sinif rəhbəri S. Həsənov,dərs hissə müdiri T. Əhmədova, təşkilatçı T Mahmudova , psixoloq M. Həsənov, fənn müəllimləri və valideynlər.
İclasın sədri: T. Əhmədova
Katibi          : ERamazanov.

Gündəlikdə  duran  məsələlər:      
-I rübün yekunları II rübdə qarşıda duran vəzifələr;
    
Dinlənildi:
       İlk olaraq iclasın sədri Təzəgül müəllimə çıxış etdi. I rübdəki  şagirdlərin təlim və tərbiyə nəticələrini valideynlərin diqqətinə çatdırdı. I Rübdə VI sinifdə sinif rəhbərinin və təhsilverənlərin məqsədyönlü fəaliyyət göstərdiyini dedi.  II rüb ərzində təlim keyfiyyətinin artırılması üçün vacib hesab olunan məsələləri qeyd etdi. Bu işdə iclas iştirakçılarının fikirlini dinləmək istədiyini bildirdi.  

Çıxışlar:
       Sinif rəhbəri Sakit Həsənov I rüb boyu şagirlərlə gördükləri işlərdən bəhs etdi. Şagirdlərin əldə etdikləri nailiyyətlərə toxunaraq sinifdə təlim və tərbiyə üçün normal mühitin mövcud oldugunu qeyd etdi. Eyni zamanda qeyd etdi ki, sinifdə zəif oxuyan və orta səviyyədə  oxuyan şagirdlər mövcuddur. Bu cür şagirdlərlə əlavə proqram əsasında fərdi yanaşma prinsipindən istifadə edərək məşgul oluruq. Dərs prosesindən əlavə olaraq dərsdənkənar vaxtda şagirdlər məktəbə cəlb olunurlar. O Həmçinin şagirdlər üçün əsas amil olaraq ev şəraitində təlimə münasib imkanların yaradılmasının böyük rol oynadıgını bildirdi.
 Evlərdə təlimlə baglı vəziyyət, şagirdlərin saglamlıgı, tədris prosesində və valideyn məktəb əlaqələrində İKTdən istifadə sahəsində mövcud vəziyyət və problemlər ətrafında iclasdan dərhal sonra keçiriləcək sinif valideyn komitəsinin yıgıncagında geniş müzakirə aparılacagını qeyd etdi.
       Təşkilatçı T. Mahmudova məktəbin tərbiyəvi tədbirlərində VI sinif  şagirdlərin fəal iştirakını vurguladı. O bildirdi ki sinifdəki itedadlar öz bacarıqlarını  ayrı-ayrı tədbirlərdə geniş nümayiş etdirilmişlər. Rayon inşa müsabiqəsində, şeir müsabiqələrində, məktəb tədbirlərində VI sinif şagirdləri iştirak edərək qabaqcıl yerləri tutmuşlar.
        Fənn müəlliməsi Güldənə İbrahimova  sinif rəhbərinin dediklərinə toxunaraq sinfin təlim keyfiyyətinin artırılması işində sinif rəhbəri və fənn müəllimlərinin geniş fəaliyyətindən bəhs etdi.
      Psixoloq M. Həsənov öz çıxışında şagirdlərin psixoloji vəziyyətini təhlil edərək vacib məsələləri diqqətə çatdırdı
     Valideyn Ramazanov Elçin  valideyn-məktəb əlaqələrində son vaxtlar sinifdə tətbiq edilmiş yeniliklərdən məmnun oldugunu qeyd etdi. O övladının təlim nəticələrinin ürəkaçan oldugunu bildirərək məktəbin pedaqoji kollektivinə öz təşəkkürünü bildirdi.
     Valideyn Sulxayeva Pirdas övladının təhsilində mövcud vəziyyəti müzakirə etdi. Üzərinə düşən vəzifələri hər zaman yerinə yetirməyə hazır oldugunu qeyd etdi
     Valideynlər  Rəcəbova Səfurə, Davudov Cavid, Qurbanova Nərgiz, İsayev Mehdi, Qurbanov Namiq, Davudova Nərgiz çıxış edərək öz fikirlərini bildirdilər.
       Qərara alındı:
      2017-2018 ci tədris ilinin II rübündə qarşıda duran əsas vəzifələrin ugurla yerinə yetirilməsi, sinif şagirdlərinin təlim-tərbiyə işlərinin keyfiyyətinin artırılması üçün tədbirlər planının  təsdiq olunması təmin  edilsin.   
                                 İclasın sədri:              T. Əhmədova

                                            Katib:              ERamazanov

Комментариев нет: