четверг, 12 октября 2017 г.

Şagird Qurbanov Tahirin sinif rəhbəri tərəfindən psixo-pedaqoji müşahidəsi

            
           
                                              Pedaqoji müşahidə gündəliyi
Şagirdin soyadı və adı : Qurbanov Tahir
Sinif rəhbəri:                 Həsənov Sakit
1. Şagird haqqında məlumat  S.A.A : Qurbanov Tahir Namiq oglu; Sinif : VI   Təvəllüdü: 02.01.2006   Ev ünvanı , telefon nömrəsi: Zaqatala rayonu Mamrux k.       
Ailəsi :    anası-   S.A.__  Qurbanova  Şahnaz;   iş yeri__fərdi təsərrüfat;   təhsili __orta;      telefon nömrəsi _ atası-    S.A.__ Qurbanov Namiq;   iş yeri _ fərdi  təsərrüfat;    təhsili__orta;       telefon nömrəsi_   Ailə tərkibi, strukturu___azuşaqlı ailə, tam ailə; Yaşayış evi, məişət şəraiti __İkiotaqlı ev,   məişət şəraiti normaldır  
 Ailədaxili münasibətlər :    ailədaxili mühit; ailədə  davranış normalarından kənara  çıxması kimi halların mövcudlugu; ailə üzvləri arasında qarşılıqlı hörmət və ehtiramın mövcud olması;  ailənin yad insana münasibəti; ailənin övladına münasibəti; ________________________________________________                               -Ailədaxili münasibətlərdə şagirdin tərbiyəsinə mənfi təsir göstərəcək hallar mövcud deyildir.  Ailədə  davranış normalarından kənara  çıxması kimi hallar baş vermir. Ailənin yad insana və övladına normaldır.
  Ailənin tərbiyə imkanları: uşagın davranışı üzərindəki ciddi nəzarəti; müstəqilliyin məhdudlaşdırılması; valideynlərin müəllimlərlə əməkdaşlıgı; valideynlərin müəllimlərə aqressiv münasibət göstərməsi hallarının mövcud olması _____________________                                                                                                                           -uşagın davranışı üzərindəki  nəzarəti müəyyən qüsurlar nəzərə alınmazsa demək olar ki düzgün qurulmuşdur.  Müstəqilliyin məhdudlaşdırılması kimi hallar mövcud deyildir. Valideynlər məktəb və müəllimlərlə bir qədər zəif  əməkdaşlıq edirlər. M əktəbə ciddi çagırışlardan sonra baş ç əkil ər.  Saglamlıq vəziyyəti:___normaldır                      2. Təlim  fəaliyyəti : nailiyyət səviyyəsi : ______ zəif ;  davamiyyəti:   ____dərsdən yayınma halları mövcud deyil;    təlim imkanları ____yaddaş, qavrama, anlama, dərketmə göstəriciləri   zəif  səviyyədədir   Təlimə münasibəti:  a) təlimə maraq göstərir b) laqeydlik göstərir c) mənfi münasibət bəsləyir  _        b) laqeydlik  göstərir   Tapşırıqları hansı formada icra edir: a) səy göstərir b) səliqəlidir c) işin öhdəsindən çətin gəlir d) məsulliyyətsiz davranır    Təlim materialını necə yadda saxlayır:___ Yaddaş və hafizə imkanları zəif  səviyyədədir . Təlim materialını  çətinliklə yadda saxlaya bilir.   Mövcud çətinliklərin müşahidə edildiyi f ənlər: _______ Bütün fənlər ;  Çətinliklərin səbəbləri: ____  şagirdin və valideynlərinin təhsilə qarşı  laqeyd münasibəti, valideynlərin zəif nəzarəti     Tövsiyyələr:_____Fərdi yanaşma prinsipini əsas götürərək müəllimlər tərəfindən şagirdin fəaliyyətinin stiimullaşdırılmasına nail olmaq, müxtəlif tapşııqlar və fəaliyyətə sövq etməklə şagirdi motivasiyalaşdırmaq. Valideyn nəzarətinin gücləndirilməsi, psixoloji dəstəyin verilməsi.                                                                                                                                         
3. əmək fəaliyyəti:   əmək bacarıqlarının mövcudluğu __Müəllimin əmək fəaliyyəti ilə baglı  tələblərini yerinə yetirir;    icra etdiyi əməyin növləri __sinfin və məktəb ərazisinin təmizliyinin aparılması, iməciliklərdə iştirak, texnologiya dərslərində əmək bacarıqlarının nümayişi və s;  iş və əmək tədbirlərində iştirakı ___Könüllü və məmnuniyyətlə iştirak edir 
4. Məktəbdənkənar fəaliyyəti:  Dərsdən sonrakı əlavə təhsil tədbirlərində iştirakı ___dərsdənkənar  təlim-tərbiyə tədbir və məşgələlərində könülsüz iştirak edir ;   Ünsiyyət və əlaqə dairəsi (münasibət yaratdıgı insanlar , dostlar) :  məktəbdə _____Elmir, Cahid;   məktəbdən kənarda_____  İsmayıl, Raul;   Məktəbdənkənar uçotlarda qeydiyyatda olması  ___Qeydiyyatda deyildir;  Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın qeydiyyatında olması__ Qeydiyyatda deyildir;   Şagirdlə baglı yetkinlik yaşına çatmayanlarla iş komissiyasına müraciət olunma halları______Belə hallar mövcud olmamışdır                                
5. Şagirdin Pedaqoji-psixoloji xarakteristikası:                                                                                                                   Şagird Qurbanov Tahir  fiziki inkişafı, saglamlıgı, sinir sisteminin aktivliyi normal səviyyədədir. Ailənin yaşayış səviyyəsi ortadır. Ailədə şagirdin tərbiyəsinə mənfi təsir göstərəcək mühit mövcud deyildir..
      Tahirin fərdi keyfiyyətlərində  sakit təbiətlilik, müəllim və sinif yoldaşları ilə yüksək davranış mədəniyyətinin olması  üstünlük təşkil edir.  Şagirdin iradi keyfiyyətlərində  işgüzarlıq  bacarıgı üstünlük təşkil edir.   Xarakterin emosionallıgı normaldır.    Şagirdin əhvalında diribaşlıq, zirəklik  nəzərə çarpır. Şagirdin əqli inkişafı normal səviyyədə izlənilir. Təlim prosesində izah olunan materialı çətin  mənimsəyir. Yaddaş zəifliyi oxuduqların tez bir zamanda unudulmasına gətirib çıxarır.  Şagirdin xarakterində səmimiyyət, dostluq, qaygıkeşlik kimi xüsusiyyətlər aşkar edilmişdir.  Çətin ünsiyyət qurur.  Nitq mədəniyyəti, sərbəst fikir söyləmək bacarıgı zəif inkişaf edir.  Müəllimlərinə və rəfiqələrinə qarşı nəzakətli və həssasdır. Böyüklərə və yaşlılara hörmət edir. Pedqoji müşahidə nəticəsində  temperament tipinin melanxolik  oldugu müəyyən edildi. Bu özünü şagirdin sakit, həssas olmasında,  heç nəyə biganə qalmamasıda,  onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciməsində,  kiçik problemlə üzləşdikdə  özünü itirməsində, özünün  heç bir bacarığını dəyərləndirə bilməməsində, özünə  tənqidi yanaşmasında, bacardıqları işin çətin  öhdəsindən gələ bilməsində  göstərir. Tahir  özünü sinfin ayrılmaz bir tərkib hissəsi oldugunu dərk edir. Öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.  Tahir  fiziki və psixoloji cəhətdən normal  şəkildə inkişaf edir, psixikada əhəmiyyətli bir gərginlik, mənfi dəyişiklik müşahidə olunmur.  O, nizamlı, sakit, ətrafdakılarla münasibətdə xeyirxah, ədalətli, təvazökar, səmimidir.
Tövsiyyələr.
müəllimlərə:
-Təlim və tərbiyə proseslərində şagirdin fərdi əqli və  psixoloji xüsusiyyətlərini nəzərə alaraq  tapşırıqlar vermək;                                                                                                                                                                                 -Psixoloji dəstəkləmək, şagirdi ugur və qələbələrə inandırmaq;                                                                                             
valideynlərə:                                                                                                                                                                       -Psixoloji dəstək vermək;                                                                                                                                            ----şagirdin mövcud çətinlikləri barədə onunla söhbətlər aparmaq, onların həll yollarını birgə müzakirə etmək;               -uşagın maraqları, idealları, istək və arzularını nəzərə almaq, ifrat tənqid və təhqirə yol verməmək.
Sinif rəhbəri: S. Həsənov
Psixoloq:       M. Həsənov
                                         Gündəlik müşahidə

       (əlyazma şəklindən elektron variantla əvəz edilməkdədir. Qısa zaman ərzində yerləşdiriləcəkdir)   
S.A.A
    Tarix
   Müşahidə olundu
            Qeyd        


                  Ramazanov Elmir Elçin oglu












































































































Комментариев нет: