среда, 11 октября 2017 г.

V Həftə (18 sentyabr-24 sentyabr)











                                               V Həftə (18 sentyabr-24 sentyabr)

18 sentyabr 2017 ci il
Sinif pasportu tərtib olundu.  Divar qəzetinin tərtib olunmasına rəhbərlik etdim. 
              
19 sentyabr 2017-cı il
Sinif iclası keçirildi.İclasın gündəliyində duran məsələlər : yeni dərs ilində qarşıda duran vəzifələr; sinif özünüidarə orqanı üzvlərini təyin etmək

20 sentyabr 2017 cı il
Məktəbli kitabçalarını payladım. Məktəbli kitabçaları haqqında , onun rəsmi sənəd olması , doldurmaq qaydaları , valideyn məktəb əlaqələrində rolu və s haqqında geniş məlumat verdim

21 sentyabr 2017-cı il

Sinif saatı keçirdim . Milli mənəvi dəyərlərimiz  mövzusunda diskussiya apardım

22 sentyabr 2017 cı il
Sinif saatında dövlət rəmzləri haqqında məlumat verdim



         Zaqatala rayon Mamrux kənd tam orta məktəbinin VI sinfində
      19  sentyabr 2017- cı il tarixində keçirilmiş 1 saylı sinif iclasının
                                          PROTOKOLU 
İştirak edir: sinif rəhbəri S. Həsənov və   11 nəfər V sinif şagirdləri.
İclasın sədri: Elmir Ramazanov .
Katibi          : Pəri Sulxayeva
İclasın gündəliyi:
     -   sinif özünüidarə orqanı üzvlərinin seçilməsi
-         yeni dərs ilində qarşıda duran vəzifələr
     Eşidildi:
     Sinif rəhbəri S. Həsənov çıxış edərək  yeni dərs ilində qarşıda duran vəzifələr, sinfin şərəfinin və nüfuzunun qorunmasında hər bir şagirdin üzərinə düşən məsuliyyəti onların  diqqətinə çatdırdı. Həmçinin o bildirdi ki dövlətimizin və xalqımızın gələcəyi bu günün şagirdlərindən asılıdır. Zəngin intellektə sahib, vətənpərvər ruhlu şagirdlərin formalaşması məktəbdə reallaşır. Qeyd olunan keyfiyyətlərə sahib olmaq üçün şagirdlər yeni tədris ilində də qarşıda duran əsas vəzifələrin uğurla həyata keçirilməsi üçün çalışmalıdırlar.
 S. Həsənov öz çıxışında eyni zamanda yeni tədris ilində kollektivə rəhbərlik etmək üçün sinif özünüidarə orqanı üzvlərinin təyin olunmasının vacibliyini qeyd etdi. 
     Çıxışlar:
1)    A. Isayeva çıxış edərək bu tədris ilində  əlaçı olmaq üçün səylə çalışacağını, üzərinə düşən vəzifələri yerinə yetirəcəyini bildirdi. O, eyni zamanda təlimdə geri qalan şagirdlərə hər cür yardım etməyə hazır olduğunu bildirdi. İsayeva sinif nümayəndəliyinə namizəd olaraq Sulxayeva Pərini  gördüyünü, kollektivin də onunla həmrəy olduğunu qeyd etdi.
2)    Ramazanov Elmir öz çıxışında dərsdə və dərsdənkənar tədbirlərdə fəal olacağını qeyd etdi. O, təmizlik işləri üzrə komissiya sədri vəzifəsinə İsayeva Aysunun  namizədliyini irəli sürdü.
3)    Rəcəbova Məftunə məktəbdə  müəllimlərin ümidlərini doğruldacağını, ictimai yerlərdə özünü nümunəvi aparacağını qeyd edərək sinif yoldaşlarının da hamısını bu cür olmağa çağırdı.
4)    Davudov Cahid bir şagird olaraq təhsilində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bildirdi.
Qərar:
1. Yeni dərs ilində   qarşıda duran əsas vəzifələrin həyata keçirilməsi üçün hər bir şagirdin üzərinə düşən məsuliyyət vicdanla dərk edilərək əməli olaraq həyata keçirilsin.
2. Səsvermənin nəticəsinə uygun olaraq sinif nümayəndəliyinə Sulxayeva Pərinin, təmizlik işləri üzrə komissiya sədrliyinə İsayeva Aysunun təyin olunduğu qərara alınsın.
      Qərar səsə qoyulsun:
Lehinə: 11 nəfər
Əleyhinə: yoxdur
       Qərar qəbul edilsin.

                                 İclasın sədri:              E. Ramazanov

                                            Katib:              P. Sulxayeva

















Комментариев нет: